18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Ağalarov raport verdi, Putin qulaq asmadı – “Başqa sözü olan var?” - VİDEO
Ötən gün Rusiya prezidenti Vladimir Putin Soçidəki “Fişt” stadionunda ölkəsində keçiriləcək futbol üzrə Dünya Çempionatına hazırlıq işlərinə dair müşavirə keçirib. Virtualaz.org xəbər verir ki, FİFA prezidenti Canni İnfantinonun da iştirak etdiy müşavirədə federal məmurlar hesabatlarla çıxış ediblər. Daha sonra yarışların keçiriləcəyi regionların qubernatorları videokonfransla müşavirəyə qatılıblar.
Kalininqrad qubernatoru Anton Əlixanov da görülən işlər barədə danışıb. Amma məlum olub ki, Vladimir Putin qubernatora qulaq asmır və İnfantino ilə söhbət etməklə məşğuldur. Situasiya Əlixanovun sözü Kalininqradda stadion tikən azərbaycanlı oliqarx Araz Ağalarova verməsindən sonra da dəyişməyib. Bu obyekt barədə eşidən Putin bir anlıq əli ilə gözünü bağlayıb, daha sonra yenidən İnfantino ilə söhbətini davam etdirib. Hətta FİFA prezidenti qulağından “qulaqcığı” çıxarıb, hansı ki, tərcüməçi həmin vaxt Araz Ağalarovun dediklərini italyan dilinə tərcümə edirdi.
Daha sonra Nijeqorodsk qubernatorunun səlahiyyətlərini icra edən Gleb Nikitin danışıb. O, çıxışını bitirəndən dərhal sonra Putin soruşub: “Başqa kimin sözü var?” Cavab gəlməyəndə Putin sözü yenidən federal rəsmilərə verib…
Emtv.az