18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Beynəlxalq qrossmeyster: Naxçıvanda müasir standartlara cavab verən şahmat məktəbləri və bacarıqlı məşqçilər var
Naxçıvanda şahmat idman növünün inkişafı üçün hərtərəfli şərait yaradılıb. Burada müasir standartlara cavab verən şahmat məktəbləri və bacarıqlı məşqçilər var.
Emtv.az xəbər verir ki, bu sözləri azərtac-ın Naxçıvan bürosuna beynəlxalq qrossmeyster, Əməkdar Məşqçi Fərid Abbasov deyib.
“Naxçıvan–2018” Beynəlxalq Şahmat Festivalının iştirakçılarının qarşılanmasının və yarışın idarəçiliyinin yüksək səviyyədə təşkil olunduğunu deyən Fərid Abbasov qeyd edib ki, Naxçıvanda keçirilən şahmat bayramında ikinci dəfədir iştirak edir. “Hər dəfə gələndə Naxçıvanda müsbət mənada daha böyük dəyişikliklər görürəm. Muxtar respublika paytaxtı hər il dəyişir, gözəlləşir. Beynəlxalq Şahmat festivallarında isə iştirakçıların sayı daha da artır. Bu, dünyanın nüfuzlu şahmatçılarının festivala böyük maraq göstərməsinin nəticəsidir”, – deyə beynəlxalq qrossmeyster bildirib.
Builki festivalda Fərid Abbasovun övladları Mədinə və Məryəm də iştirak edirlər. Onlar “C” qrupunda mübarizə aparan şahmatçılar sırasında yer alıblar. Hər ikisi qarşılaşmada uğurlu nəticələr əldə ediblər.
Qeyd edək ki, Fərid Abbasov 2007-ci ildən beynəlxalq qrossmeystrdir. 2531 reytinq xalına malik olan beynəlxalq qrossmeystr Azərbaycanın 18 yaşadək şahmatçılardan ibarət millisinin məşqçisidir.