18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Britaniyalı milyarder Rusiya kəşfiyyatı ilə əməkdaşlıqda şübhəli bilinir
Britaniyalı milyarder Kristofer Çandler Rusiya kəşfiyyatı ilə əməkdaşlıqda şübhəli bilinir. “Deutsche Welle” xəbər verir ki, bunu Britaniya parlamentinin deputatı, Mühafizəkarlar Partiyasının təmsilçisi Robert Sili bildirib.
Onun sözlərinə görə, milyader və “Legatum İnstitute” Araşdırma Mərkəzinin yaradıcısı Kristofer Çandler 2002-ci ildən Fransa kəşfiyyatının maraq dairəsinə düşüb. R.Sili əlavə olaraq deyib ki, Monako Təhlükəsizlik Xidməti bu barədə sənədləri Britaniya parlamentinin 4 üzvünə təqdim edib: “Sənədlər 1990-cı illərin ortalarından başlayaraq, 2005-ci ilə qədərki dövrü əhatə edir. Həmin dosyedə Kristoferin qardaşı Riçard Çandlerin də adı hallanır. Sənədlər milli təhlükəsizlik və çirkli pulların yuyulmasına aiddir”.
R.Sili sənədlərin doğruluğuna əmin olduğunu bildirib: “Fransa kəşfiyyatı, eləcə də onların Britaniya və ABŞ-dan olan həmkarları bunu təsdiqləyib”.
“Legatum İnstitute” ittihamları təkzib edib.
Qeyd edək ki, Kristofer Çandler Malta vətəndaşıdır. Kristofer və Riçard Çandler qardaşları 1990-cı illərin ortalarında Rusiyanın “Qazprom” dövlət şirkətinə sərmayə qoyublar. 2000-ci illərin əvvəlində isə “Forbes” jurnalı “Qazprom”a sərmayə qoymuş biznesmenlər arasında Çandler qardaşlarının şirkətinin üçüncü yerdə olduğunu yazıb. Həmin dövrdə Rusiya müəssisəsinin aksiyalarının 5 faizini qardaşlar alıbmış.
Çandlerlər 2004-cü ildə isə “Qazprom”un aksiyalarını satışa çıxarıblar.
Emtv.az