18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
“Mafia” ilə əlbir olan həkimlərin kimliyi bəlli oldu – (FOTO)
Baş Prokurorluğun “dərman mafiya” əməliyyatından sonra ölkənin məşhur həkimləri ifşa olundu.
Emtv.az-ın minval.info-ya istinadən məlumatına görə, Bakıda fəaliyyət göstərən özəl klinikaların doktorları həmin cinayətkarlarla əlbir olub. Saytımızda dərman mafiası ilə birgə işləyənlərin siyahısının dərcindən sonra orada qeyd olunan iki məşhur həkimin kimliyi barədə iddialar əldə etdik. İddiaya görə, paytaxtda yerləşən “Oksigen” və “Baku Medical Plaza” özəl klinikalarında çalışan doktorlar həbs edilənlərlə əlbir olub.
“Baku Medical Plaza”nın ginekoloqu, professor Mehman Həmzəyevin ismi də siyahıda yer alan adlar sırasındadır. İddia olunur ki, professor yaxşı gəlir əldə etmək üçün cinayətkarlarla birgə çalışıb. O, ölkə hüdudlarından kənarda işləməsinə, nəaliyyətlərinə baxmayaraq, “mafia” ilə işləməkdə qəbahət görməyib. Həmçinin əldə etdiyimiz məlumata görə, Həmzəyev övlad arzusunda olan ailənin xeyli pulunu alaraq onlara kömək etməyib. Bu işdə “xeyir” tapan və arzusuna çatan yanlız “mafia” ilə birgə çalışan Həmzəyev olub.
Həkimlərdən digəri isə “Oksigen” klinikasında çalışan ginekoloq Fərəh Əlizadədir. Paytaxtın sayılıb-seçilən klinikasında işləyən doktor da həmkarları kimi cinayətkar dəstə ilə əlbir olub. Onun da adı “mafia” ilə birgə çəkilir.
Xatırladaq ki, Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşlarının əldə etdiyi siyahıda “dərman mafiyası” ilə əməkdaşlıq edən həkimlərin adları əməliyyat çəkilişi zamanı lentə alınıb. Adlarının qarşısında isə həmin şirkət əməkdaşlarının onlara ödəyəcəyi məbləğin miqdarı qeyd edilib.