SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Azərbaycan telekanallarının reklam etdikləri fırıldaqçılar... - FOTOLAR

1-05-2018, 13:03 | Oxunub: 6 643 |

Azərbaycan telekanallarının reklam etdikləri fırıldaqçılar... - FOTOLAR
Telekanallardan həbsxanaya yollananların sayı heç də az deyil. Yaxud vaxtilə efirdə at oynadanların sonda mahir fırıldaqçı olduğu üzə çıxır.

Bu günlərdə Zaur Baxşəliyevin “BizimləSən” verilişində həkim kimi dəvət edib, xeyirxah insan kimi tanıtdığı doktor Natiq Məhərrəmovun da saxtakar olduğu bəlli olub.

Emtv.az-ın minval.info-ya istinadən məlumatına görə, saxta, qanunsuz, ginekoloq Natiq Məhərrəmov lazımsız və bahalı dərmanları xəstə insanlara satılmasına kömək edib, bu yolla böyük məbləğdə pul qazanan həkimlərin arasında imiş tanınmış. O, həbs edilən cinayətkarlarla əlbir olub, onlardan mütəmadi olaraq pul alaraq şirkətin dərmanlarını satdırıb. Onların sonuncu dəfə 1000 manatlıq ödəniş prosesi gizli kamera ilə çəkilib.

Əslində Natiq Məhərrəmov 9 milyonluq ölkəyə “ekspert”, “məşhur ekstrasens”, “tanınmış hüquqşünas” kimi sırınan ilk insan deyil. Artıq dəfələrlə kiminsə maraqları naminə, yaxud özünü reklam etdirmək üçün verilişlərdə ekspert qismində iştirak edən, ümidlə verilişə gələnlərə ağıl öyrədən fırıldaqçılarla qarşılaşmışıq.


Onlardan biri uzun müddət Zaurun da verilişində vəkil kimi iştirak edən Rəna Həsənlinin daha sonra dələduz olduğu məlum olmuşdu. Ölkədən qaçdığı üçün İnterpol xətti ilə axtarışa verilən tanınmış “vəkil” qonaq olduğu tolk-şoularda gənclərə, ailə münaqişəsi yaşayanlara məsləhətlər verib. Qəribədir ki, hazırda özü dələduzluqda ittiham edilən və barəsində beynəlxalq axtarış elan olunmuş vəkil, elə həmin maddə ilə mühakimə edilən ekstrasens İlham Mirzəyevin hüquqlarını müdafiə edib. Belə görünür, dələduz dələduzu qoruyurmuş.

2014-cü ildə dələduzluq ittihamı ilə həbs olunan aparıcı, baxıcı, falçı, ekstrasens, psixologiya üzrə fəlsəfə doktoru İlham Mirzəyev direktoru olduğu “İlhamed” tibb mərkəzində Aynur Əhmədova adlı vətəndaşa cadugərlik yolu ilə yalan vədlər verərək, onun 3000 avro pulunu mənimsəyib. Onun barəsində məhkəmə tərəfindən 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilsə də, daha sonra bu müddət 1 il azaldılıb və o 2016-cı ildə azadlığa çıxıb.
Azərbaycan telekanallarının reklam etdikləri fırıldaqçılar... - FOTOLAR
Bir müddət əvvələ qədər efirlərdə falçı və ekstrasenslərin geniş təbliğatı aparılırdı. Telekanalların reytinq xətrinə reklam etdiyi bu cür işbazların fırıldaqçı olduğu sonda məlum olsa da, artıq yüzlərlə insan dələduzların toruna keçmiş olur.

Məsəl üçün, “ANS” telekanalında tez-tez verilişlərdə qonaq qismində iştirak edən “Cənnət Parapsixologiya Mərkəzi” MMC-nin direktoru, 48 yaşlı Sabir Abbasov dələduzluğa görə həbs edilib.

Özünü “Həzrət Sabir” kimi təqdim edən, falçı deyil parapsixoloq olduğunu deməklə vətəndaşların etibarını qazanan şəxs bundan sui-istifadə edib. Baxıcılıq ilə məşğul olan “Həzrət Sabir”, guya mistik qüvvələrin köməkliyi ilə şər qüvvələrdən təmizləməklə bəxtlərini, yollarını açacağını, işsizlik problemlərinin həllini vəd etməklə onları aldadıb. Belə hüquqazidd əməllərinin müqabilində Sabir Abbasov adıçəkilən mərkəzə müraciət edən şəxslərdən dələduzluq yolu ilə xeyli miqdarda pul alıb.
Azərbaycan telekanallarının reklam etdikləri fırıldaqçılar... - FOTOLAR
Digər bir fırıldaqçının məşhurlaşmasında yardımçı olan telekanal isə “Lider TV”-dir. Daha çox “İlanla fala baxan” kimi tanınan Tamilla Salamova bir neçə aylıq axtarışdan sonra həbs edilib. 2014-cü ilin noyabr ayında özünü ekstrasens kimi təqdim edən Tamilla Salamova Bakı şəhər sakini Təranə Babayevadan 4200 manat alaraq, ona qarşı dələduzluq edib.
Azərbaycan telekanallarının reklam etdikləri fırıldaqçılar... - FOTOLAR
Bu qadın, “Lider” telekanalında yayımlanan “Ekstra Hiss” verilişinin qalibi olub. Ümumiyyətlə o verilişdə, bir çox fırıldaqçı bilici, baxıcı, qeyri-adı qüvvə sahibi kimi təqdim edilib, reklam edilirdi.

Bir müddət öncə də yenə “BizimləSən” verilişində ekspert kimi qonaq olan psixoloq Rafiq Allahverdiyev barədə də qalmaqal yaranıb. “LOQOS” nitq inkişafı mərkəzində çalışan R.Allahverdiyevin aldığı borcu qaytarmadığı bildirilirdi. Ancaq psixoloq heç bir halda ittihamları qəbul etmədiyini deyib.
Azərbaycan telekanallarının reklam etdikləri fırıldaqçılar... - FOTOLAR
Dələduzların efirə ayaq açması sonda həm telekanalın, həm də verilişin yaradıcı komandasının nüfuzuna xələl gətirir. Təbii ki, dələduzları bilmədən ekspert edənlərin nüfuzuna… Yox, əgər aparıcılar da fırıldaqçılarla işbirliyinə girir, onları bilərəkdən reklam edirsə, bu zaman cəmiyyəti çox daha böyük problemlər gözləyir. Bu səbəbdən efirdə reklam edilən şəxslərə inanmaq, güvənmək olmaz.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR