17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
"Süründürməçilik və süni maneələr aradan qaldırılacaq” - Nazir
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin əmri ilə nazirlikdə əlilliyin qiymətləndirilməsi ilə bağlı proseslərin təkmilləşdirilməsi, həmçinin müvafiq elektron sistemlərin imkanlarının genişləndirilməsi vasitəsilə vətəndaşların narazılığına səbəb olan halların aradan qaldırılması, əlilliyi olan şəxslərin reabilitasiyası və onların cəmiyyətə inteqrasiyası ilə bağlı zəruri işlərin görülməsi məqsədilə işçi qrupu yaradılıb.
Emtv.az xəbər verir ki, bu barədə mətbuata nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
İşçi qrupunun bu gün keçirilən və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müvafiq işçi qrupunun nümayəndələrinin də iştirak etdiyi ilk iclasında S.Babayev Azərbaycan Prezidenti İlham Əliyevin sosial inkişaf kursuna uyğun olaraq, ölkədə sosial cəhətdən həssas əhali qruplarının, o cümlədən əlilliyi olan şəxslərin sosial müdafiəsinə, onların tibbi-sosial reabilitasiyasına xidmət edən tədbirlərin ildən-ilə gücləndirildiyini vurğulayıb. Nazir bildirib ki, əlilliyi olan vətəndaşlara dövlətin qayğısının daim artırılması ilə yanaşı, əlillik qruplarının təyin olunmasında tam şəffaf mühitin formalaşdırılması, müvafiq xidmət sektorunda vətəndaşların narazılığına səbəb olan halların aradan qaldırılması üçün əlilliyin qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi də diqqətdə saxlanılacaq. Nazirlikdə müvafiq işçi qrupunun yaradılması da bu məqsədə xidmət edir.
Emtv.az