17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Vergi işçisi müdirin qəbuluna girə bilmədiyi üçünÖZÜNÜ BIÇAQLADI
Bu gün günorta saatlarında Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin 2 əməkdaşı arasında insident yaşanıb.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə mübahisə zəmnində baş verib.
Bakı şəhəri Lokal Gəlirlər Departamentinin İstehsal İdarəsinin əməkdaşları – Ramiz və Kamran adlı vergi işçiləri mübahisə edərək bir-birini ağır söyüşlərlə təhqir ediblər.
Daha sonra Ramiz adlı vergi əməkdaşı Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin baş direktoru Fərid Cəbrayılovun qəbuluna getməyə çalışsa da, ancaq mühafizəçilər tərəfindən içəri buraxılmayıb.
Bundan sonra Ramiz adlı vergi işçisi iki yerdən qarın nahiyyəsinə bıçaq zərbəsi endirərək intihara cəhd edib.
O, dərhal Təcili Tibbi Yardım maşını ilə xəstəxanaya çatdırılıb.
Hadisədən sonra prokurorluq əməkdaşları da departamentə gələrək araşdırma aparıblar, Departamentin İstehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin direktoru Elmar Əsədov isə prokurorluğa çağırılıb.
Emtv.az