SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Hansı icra başçıları yola salınacaq? - İDDİA

30-04-2018, 12:52 | Oxunub: 9 233 |

Hansı icra başçıları yola salınacaq? - İDDİA
Prezident İlham Əliyev Nazirlər Kabinetində ciddi dəyişiklərə getdi. İlk seçkidir ki, ardınca xeyli sayda nazir dəyişir. İndi də kadr islahatları növbəsi icra hakimiyyətlərinə çatıb. Mətbuatı məlumatlandıran qaynağın sözlərinə görə, dövlət başçısı icra başçılarını əvəzləməyə başlayacaq. İH-lərdə dəyişikliklər kifayət qədər zəruridir. Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, vətəndaşları narazı salan, təmas qurmayan, təhqir edən, danışığını bilməyən, rayonda abadlıq-quruculuq işləri görməyən icra başçıları yola salınacaq.

Prezident nazirləri dəyişərkən də bu meyarları əsas götürdü. Prezident seçkilərdən dərhal sonra hakimiyyət üçün “axilles dabanı” sayılan sosial sektorlarda dəyişikliklərə getdi. O sahələrdə ki, dəyişiklik artıq çiban kimi yetişmişdi.
Ölkədə sosial gərginliyə, təbəqələşməyə, yoxsulluq və məmur qudurğanlığına səbəb olan halları təcili və qeyd-şərtsiz aradan qaldırmaq lazım idi. Hakimiyyət rəhbərliyi və texnoloqlar təhlil edirdilər ki, hansı sahələr “zəif bənd”dir, örtülü qazanın ağzını açmaqla qaynar nöqtələrin buxarını necə çıxarmaq olar.


Beləliklə, bu siyasi strategiyaya əsaslanaraq vətəndaşların ən çox narazılıq elədiyi, şikayətlər göndərdiyi, məmur-vətəndaş təmasının tez-tez olduğu sahələrdə islahatlara başlandı. Onlar hansılar idi: Kənd Təsərrüfatı Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Miqrasiya Xidməti...
Çünki elə gün, həftə olmurdu bu nazirliklərdən prezidentə və mətbuata şikayətlər gəlməsin. Kəsəsi, ölkə rəhbərliyi sosial problemləri dərinləşdirən, vətəndaş-məmur təmasının intensiv olduğu sektorlarda dəyişikliklərə getməli oldu.


İcra hakimiyyətləri də rayonlarda prezidentin fəaliyyətinə ciddi problemlər yaradırlar. Bu cür məmurlarla işləmək mümkün deyil. Yeni və gənc kadrlar gətiriləcək. Məlumatlara görə, Ağcabədi, Göygöl, Saatlı, Lənkəran icra başçılarının dəyişəcəyi gözlənilir. Göyçay, Ucar, Binəqədi, Daşkəsən rayonlarına da yeni icra başçıları göndərilməsi nəzərdə tutulur.

Hazırda Biləsuvar, Gədəbəy, Şəmkir, Qazax, Binəqədi və daha 4 RİH başçısının durumu daha gərgin hesab olunur.
Onlarla bağlı dəyişiklik qərarı verilib və onların hansısa fəaliyyəti də bu məsələdə demək olar ki, təsirsiz olacaq. Amma Ağsu, Şamaxı və Ağdaş kimi rayonların rəhbərləri yenidən təyinata ümid edə bilərlər. 11 aprel prezident seçkisindən sonra ölkədə kadr dəyişiklikləri və islahatların yeni mərhələsinin həyata keçirilməsinə başlanacağı barədə məlumatlar bu yaxınlarda yayılmışdı.


Prezident Administrasiyası rəsmisinin rayonlardan müraciət və şikayətlərlə bağlı verdiyi açıqlamalar, açıqladığı siyahı hansı rayonların icra başçılarının dəyişdiriləcəyi barədə ilkin proqnoz vermək üçün əsas sayıla bilər.
Prezident İlham Əliyevin regionların inkişafına xüsusi diqqət ayırdığını da nəzərə alsaq, istisna deyil ki, seçkidən sonra rayon icra başçılarının işinə qiymət veriləcək.


Qiymətləndirilmədə il ərazində hansı rayonlardan daha çox şikayət və müraciətlərin olması faktının da əsas götürüləcəyi ehtimalı böyükdür. Bu isə o deməkdir ki, PA rəsmisi Süleyman İsmayılovun açıqladığı siyahıda şikayət və müraciətlərin sayının çoxaldığı rayonların icra başçıları seçkidən sonrakı kadr dəyişiklikləri zamanı vəzifələrindən götürülə bilərlər. Bundan əlavə, Laçın və Neftçala icra başçılarından ciddi narazılıq var. Prezident pambıq məhsuldarlığı aşağı olan regionları açıqlayarkən məlum oldu.


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR