18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
“Atletiko” Londondan ümidlə dönür
Avropa Liqasında yarımfinal mərhələsinə start verilib.
Emtv.az apasport.az saytına istinadən xəbər verir ki, ilk oyunlar çərçivəsində 2 qarşılaşma baş tutub.
Erkən final sayılan "Arsenal” – "Atletiko” cütü Londonda münasibətlərini aydınlaşdırıb. 10-cu dəqiqədə Vrsalikonun ikinci sarı vərəqə almasından sonra 80 dəqiqə azlıqda oynayan madridlilər İngiltərədən ümidli dönməyi bacarıblar. Dieqo Simeonenin yetirmələri hesabda geri düşsələr də, sonradan toparlanaraq vacib bərabərlik qolunu vuraraq cavab oyunu öncəsi üstünlüyə yiyələniblər.
Şotlandiyalı Viliam Kallumun fit çaldığı oyunda isə Fransa "Marsel”i doğma azarkeşlər önündə turnirin sürpriz komandası "Zalsburq”a yerini göstərib. Meydan sahibləri 2:0 hesablı qələbəyə seviniblər.
Avropa Liqası
Yarımfinal
İlk oyunlar
26 aprel
"Arsenal” (İngiltərə) – "Atletiko” (İspaniya) - 1:1
Qollar: Lakazet, 61 - Qrizman, 82
Qırmızı vərəqə: Vrsaliko, 10 (ikinci sarı)
Baş hakim: Klemen Turpin (Fransa)
London. "Arsenal” stadionu
"Marsel” (Fransa) – "Zalsburq” (Avstriya) - 2:0
Qollar: Tauvin, 15, Nji, 63
Baş hakim: Villiam Kollum (Şotlandiya)
Marsel. "Velodrom” stadionu
Emtv.az