18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
BƏS, RAMİZ HƏSƏNOV? - Prezidentin tələbə yoldaşı “vuruldu”, yoxsa?…
Məlum olduğu kimi, ötən həftə Prezident İlham Əliyev dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında sərəncamlar imzalayıb. Struktur islahatları çərçivəsində verilən bu sərəncamlardan biri də Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) ləğvi barədə olub.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, Komitə ləğv edilərək, səlahiyyətləri yeni yaradılan qurumlar arasında bölüşdürülüb. Belə ki, ləğv edilmiş Komitənin texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və keyfiyyətin idarə edilməsi sahəsində səlahiyyətləri İqtisadiyyat Nazirliyindən ayrılaraq müstəqil orqan kimi yaradılan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə verilib. Eyni zamanda sərəncama qədər Komitənin reallaşdırdığı “Azərbaycan Metrologiya İnstitutu”, “Azərbaycan Standartlaşdırma İnstitutu” və “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxslərinə təsisçilik səlahiyyətləri də Dövlət Agentliyinə həvalə edilib.
SMPDK-nin sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində səlahiyyətləri isə Müəllif Hüquqları Agentliyinin və Patent və Əmtəə Nişanları Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə yaradılan Əqli Mülkiyyət Agentliyinə verilib.
Beliklə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin fəaliyyətinə son qoyulub, funksiya və səlahiyyətləri 2 qurum arasında bölüşdürülüb.
Qeyd edək ki, bu Komitənin ləğv olunmasının zəruriliyi uzun illərdi müzakirə mövzusu idi. Ekspertlər, iqtisadçı deputatlar İqtisadiyyat Nazirliyinin tərkibində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (indi müstəqil Agentliyə çevrildi-red.) olduğu halda Komitənin saxlanılmasına heç bir ehtiyac olmadığını bildirirdilər. Komitənin büdcəyə əlavə yük olmaqla yanaşı, sahibkarlığın da inkişafına əlavə maneə olduğunu vurğulayırdılar. Ona görə də, struktut islahatları deyəndə ilk ləğv olunması təkif edilən SMPDK olurdu.
Bu baxımdan Komitənin ləğv edilməsi təəccüblü olmadı. Təəccüb doğuran Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovun yeni hökumətin tərkibində yer almaması, heç bir vəzifəyə təyin edilməməsi oldu.
Məsələ ondadır ki, Ramiz Həsənovun adı ölkə Prezidenti İlham Əliyevə yaxın kadrlardan biri kimi hallanırdı. Hətta onun Prezidentin tələbə yoldaşı olduğu da bildirilirdi. Qeyd edək ki, 20 avqust 1961-ci ildə Marneuli şəhərində anadan olan Ramiz Həsənov 1978-1983-cü illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda təhsil alıb. Prezident İlham Əliyev də həmin vaxtlar (1977-ci ildə daxil olub) Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda təhsil aldığından, bu iddianın əsassız olmadığını söyləyə bilərik. Ramiz Həsənov Prezidentlə eyni qrupda oxumasa belə, azərbaycanlı tələbə kmi onun İlham Əliyevlə dostluq münasibəti qurduğu istisna deyil.
Elə institutu bitirdikdən sonra əvvəlcə SSRİ Xarici Ticarət Nazirliyində, sonra isə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Xarici İqtisadi Əlaqələr Komissiyasında sıradan bir mütəxəssis kimi işləyən Ramiz Həsənovun, 1993-cü ildən sonra məsul vəzifələrə təyin olunmasında da məhz İlham Əliyevin ona etimad etməsinin ciddi rol oynadığı şübhə doğurmur.