SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

“Oliqarxların kökü kəsilməsə heç nə alınan deyil…”

25-04-2018, 14:40 | Oxunub: 7 869 |

“Oliqarxların kökü kəsilməsə heç nə alınan deyil…”
Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili “Rustavi-2” telekanalına müsahibəsində Ermənistanda Serj Sərkisyanın istefası ilə nəticələnən etiraz hərəkatını şərh edib.

Onun sözlərinə görə, Ermənistandakı hadisələrə təkcə ağır sosial fon deyil, həm də antirusiya əhval-ruhiyyəsi təsir edib.

“Sərkisyanın arxasında bir neçə oliqarx dayanırdı, üstəgəl erməni mənşəli rusiyalı oliqarxlar. Onlar bütün Ermənistana nəzarət edirdilər və praktiki olaraq süni şəkildə ölkə əhalisinin yarısını qovmuşdular, çünki ölkədə imkanlar yox idi, tükənmişdi” - Saakaşvili deyib.

Saakaşvilinin sözlərinə görə, Ermənistanda antirusiya əhval-ruhiyyəsi yüksəkdir və bu ölkə Rusiyanın orbitində qalmayacaq. “Hamı başa düşdü ki, Rusiya Qafqazda hansı oyunu oynayır. Rusiya maraqlı deyil ki, müharibəni Ermənistan udsun, yaxud Azərbaycan. Bir əli ilə Ermənistana silah verir, o biri əli ilə Azərbaycana. Bir tərəfdən Ermənistanı qızışdırır, o biri tərəfdən Azərbaycanı. Və sonda onun marağı Qafqazda münaqişənin saxlanılmasından ibarətdir” - gürcü inqilabının lideri bildirib.

Saakaşvili əlavə edib ki, seçkilər həm Ermənistanda, həm Gürcüstanda formal xarakter daşıyır və real dəyişikliklərə gətirib çıxarmır. Bdzina İvanişvili Gürcüstanda kifayət qədər böyük imkana, sərvətə sahibdir. Onun fikrincə Ermənistanda hadisələrin bu cür inkişaf etməsinə gənclərin güclü təsiri oldu. Saakaşvili hesab edir ki, Ermənistanın əsas vəzifəsi deoliqarxizasiya olmalıdır.

“Əgər oliqarxların kökünü kəsməsən, insanların vəziyyəti düzəlməyəcək… Ona görə də Ermənistanda bütün oliqarxların kökü kəsilməsə onlarda heç nə alınmayacaq… Sonra Ukraynada, Ermənistanda, Gürcüstanda elə adamlar qalib gəlir ki, sadəcə olaraq müxalifət rolu oynamırlar, doğrudan da satılmayıblar və guya sistemə qarşı oynadıqları barədə görüntü yaratmırlar” - Saakaşvili deyib.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR