SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

"Güclü Azərbaycan gücsüz Ermənistan ilə istənilən dildə danışa bilər" - İlham Əliyev

25-04-2018, 13:30 | Oxunub: 12 570 |

"Güclü Azərbaycan gücsüz Ermənistan ilə istənilən dildə danışa bilər" - İlham Əliyev
"Güclü Azərbaycan gücsüz Ermənistan ilə istənilən dildə danışa bilər. Biz sadəcə olaraq, bölgədə, regionda sabitliyi qorumaq üçün hələ ki, danışıqlar yoluna üstünlük veririk. Çünki Azərbaycan bölgədə sabitləşdirici ölkədir. Azərbaycan bölgədə çox böyük nüfuza malik olan bir ölkədir. Azərbaycanın razılığı olmadan bölgədə heç bir təşəbbüs, heç bir layihə icra edilə bilməz. Ona görə sabitliyi qorumaq, məsələni sülh yolu ilə həll etmək üçün biz hələ ki, siyasi yollara üstünlük veririk.

Ancaq sirr deyil ki, Azərbaycan gündən-günə güclənir, Ermənistan gündən-günə zəifləyir. Bizim iqtisadi gücümüz müqayisəedilməz dərəcədə artmışdır. Düşməni istənilən istiqamət üzrə bir neçə dəfə, bəzi istiqamətlər üzrə 10 dəfədən çox üstələyirik və bu fərq getdikcə böyüyəcəkdir. Çünki bizim açıq-aydın gələcəyimiz, perspektivlərimiz, inkişaf yolumuz vardır".


Emtv.az azərtac-a istinadən xəbər verir ki, "İnkişaf - məqsədimizdir" çoxcildliyinin 57-ci nəşrində yer alan bu fikirlər Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin 2013-cü il iyunun 26-da Silahlı Qüvvələrin 95 illiyi münasibətilə Bakıda təntənəli hərbi paradda söylədiyi nitqindən götürülüb.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin 57-ci kitabındakı materiallar 2013-cü ilin mayından iyulunadək olan dövrü əhatə edir. Bu kitab Prezident İlham Əliyevin Avropa Şurası Parlament Assambleyası prezidentinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşünə dair informasiya ilə başlayır.

Nəşrdə dövlətimizin başçısının Belçika Krallığına işgüzar səfəri zamanı apardığı danışıqlara, keçirdiyi görüşlərə dair materiallar, mətbuata bəyanatı, Azərbaycan Prezidentinin ABŞ, İtaliya, Rusiya, Böyük Britaniya, Türkiyə, Ukrayna, Əfqanıstan, Almaniya, Mərakeş Krallığı və digər dövlətlərin, BMT, UNESCO, ISESCO, ATƏT, Avropa İttifaqı, Avropa Şurası və İƏT-in ölkəmizə səfər etmiş yüksəkvəzifəli şəxslərini qəbul etməsinə, paytaxtımızda Azərbaycan ilə ABŞ arasında tərəfdaşlıq əlaqələrinin yaranmasının 21-ci ildönümü ilə əlaqədar təşkil edilmiş "Gələcəyə baxış" Azərbaycan-ABŞ Forumunun rəsmi açılışı mərasimində, II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda, XX Beynəlxalq "Xəzər neft, qaz, neftayırma, neft kimyası" sərgi və konfransının açılışı mərasimində iştirakına dair materiallar toplanıb. Azərbaycan Prezidenti bütün görüş və danışıqlarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinin həllində prinsipial mövqe nümayiş etdirib, diqqəti Ermənistanın işğalçılıq siyasətinə yönəldib, dünya ictimaiyyətini regionun inkişafına əngəl törədən Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinə dəstək verməyə çağırıb.


Kitabda dövlətimizin başçısının Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında nitqinin mətni, Azərbaycanda həyata keçirilən uğurlu daxili və xarici siyasətə, iqtisadi potensialın möhkəmlənməsinə, ordu quruculuğuna, regionların sosial-iqtisadi inkişafına və ölkə həyatının digər sahələrinə dair nitqləri, çıxışları, habelə IV Rusiya-Azərbaycan Regionlararası Forumunun iştirakçılarına, Azərbaycan Qadınlarının IV Qurultayına, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının IV Qurultayının iştirakçılarına, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin I Forumuna müraciətlərinin mətni də yer alıb.

Bu cilddə, həmçinin dövlətimizin başçısının Şirvan şəhərinə, Tovuz, Qazax, Ağstafa, Siyəzən, Xaçmaz və Şabran rayonlarına səfərlərinə, bölgələrdə ictimaiyyət nümayəndələri ilə görüşlərinə, infrastruktur obyektlərinin, mədəni-məişət, sosial və sənaye müəssisələrinin açılışında iştirakına dair materiallarla tanış olmaq mümkündür.

Kitaba "Qeydlər", "Şəxsi adlar", "Coğrafi adlar" göstəriciləri də daxil edilib.


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR