18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Kanadada erməni terroru: 10 ölü, 15 yaralı
Aprelin 23-də Kanadanın Toronto şəhərində bir nəfər maşını səkidə hərəkət edən piyadaların üstünə sürüb. Son məlumatlara görə, nəticədə 10 nəfər ölüb, 15 nəfər yaralanıb. Yaralıların beşinin vəziyyətinin ağır olduğu bildirilir.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, icarəyə götürülən mikroavtobusun sürücüsü bir neçə küçə uzaqda yaxalanaraq həbs edilib. Toronto Polis İdarəsindən verilən məlumata görə, sürücü Yonq prospekti ilə Finç bulvarının kəsişdiyi yerin yaxınlığında nəqliyyat vasitəsini qəsdən piyadaların üstünə sürüb.
Yerli KİV-in şahidlərə istinadən verdiyi məlumata görə, sürücünün məqsədli şəkildə maşını sürətlə piyadaların üstünə sürüb. “Reuters” xəbər agentliyinə müsahibə verən amerikalı təhlükəsizlik mütəxəssisi hadisənin “terror aktı” olduğunu güman etdiyini söyləyib.
Lakin Kanada ictimai təhlükəsizlik naziri Ralf Qudeyl “çox ciddi” olaraq xarakterizə etdiyi hadisə ilə əlaqədar olaraq hər hansı bir fərziyyə irəli sürə bilməyəcəyini söyləyib. Bundan bir qədər əvvəl nazir təcili yardım xidməti əməkdaşlarına “Twitter”dən təşəkkür edərkən, hadisəni “dəhşətli bir hücum” kimi qiymətləndirmişdi. Toronto polis rəisinin müavini Peter Yeun istintaqının uzun sürəcəyini vurğulayıb. Kanadanın Baş naziri Castin Tradeau isə “Twitter”dən verdiyi açıqlamada dərhal müdaxilə edən xidmət əməkdaşlara təşəkkür edib, hadisələrin gedişini diqqətlə izlədiyini söyləyib.
Terrorçunun kimliyi də məlum olub. CBC televiziyası məlumat verib ki, 25 yaşlı şübhəli Alek Minasyandır. CBC kanalı A.Minasyanın hər hansı bir terror təşkilatı ilə əlaqəli olmadığını bildirsə də, cinayəti törədən şəxsin milliyyətcə erməni olması cinayətin motivləri ilə bağlı yeni versiyaların ortaya çıxmasına səbəb olub. Ya bu erməni S.Sarqsyanın hakimiyyətdən getməsinə etiraz etmək, ya da 24 aprel qondarma genosidə diqqət çəmək üçün bu hadisəni törədib.
Qeyd edək ki, elə həmin gün Torontonun mərkəzindən təxminən 30 kilometr uzaqda sənayecə ən inkişaf etmiş ölkələrin (Kanada, ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya və Yaponiya) birləşdiyi “G7”nin xarici işlər nazirlərinin görüşü keçirilirdi. Hadisənin bu görüşə etiraz olaraq törədildiyi ehtimalı da var.
Xatırladaq ki, bəzi terror təşkilatları son dövrlər taktikanı dəyişərək ABŞ və Avropanın bir çox ölkələrində yük avtomobilləri və mikroavtobuslarla hücum təşkil edir. Elə keçən ilin oktyabr ayında Kanadada oxşar hadisə törədilib.
Belə ki, ölkənin qərbindəki Edmonton şəhərində bir polisi bıçaqlayan cinayətkar daha sonra nəqliyyat vasitəsini piyadaların üzərinə sürmüş və 4 adamı yaralamışdı.
Emtv.az