SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Erməni deputatlar NATO-nun Batumidə keçirilən seminarından geri çağırılıblar

23-04-2018, 16:55 | Oxunub: 7 082 |

Erməni deputatlar NATO-nun Batumidə keçirilən seminarından geri çağırılıblar

Ermənistan parlamentinin NATO-nun Parlament Assambleyasının (NATO PA) Batumidə keçirilən “Rouz-Rout” seminarında iştirak edən deputatları aprelin 23-də geri çağırılıblar.

Emtv.az qeyd edir ki, bu barədə “Report”un Gürcüstan bürosuna Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin üzvü Məlahət İbrahimqızı məlumat verib.

Onun sözlərinə görə, buna səbəb Ermənistanda baş verən son hadisələr, xüsusilə də baş nazir Serj Sarqsyanın istefaya getməsidir:

“Həmin deputatlar da Serj Sarqsyanın Respublikaçılar Partiyasını təmsil edirdilər. Ona görə də ölkədəki gərgin vəziyyəti nəzərə alan Ermənistan rəhbərliyi deputatları təcili geri çağırıb. Bu Ermənistanda vəziyyətin daha da ciddi olduğunu sübut edir”.

M.İbrahimqızı bildirib ki, NATO PA-nın 97-ci “Rouz-Rout” seminarının ikinci günü, yəni aprelin 24-də Cənubi Qafqazdakı vəziyyət, Gürcüstanda inteqrasiya prosesləri, eləcə də regionda təhlükəsizlik və mövcud problemlər diqqət mərkəzində olacaq. Azərbaycan nümayəndə heyətinin üzvləri müzakirələr olunan məsələlərə münasibət bildirəcəklər.

Qeyd edək ki, seminarda Azərbaycanı Milli Məclisin deputatları Məlahət İbrahimqızı və Kamran Bayramov təmsil edirlər.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR