SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Faiq ƏHMƏDOV: "Esmamedia TV"-i İnternet kanalının yeni studiyasının açılmasında əsas məqsədimiz maddi çətinliklər səbəbilə hələ də cəmiyyətimizə təqdim olunmamış sənət adamlarının, şair və yazarların işlərinə dəstək olmaqdır-FOTOLAR-VİDEO

23-04-2018, 14:15 | Oxunub: 20 306 |

Yeni studiyanın fəaliyyətə başlaması ilə əlaqədar “Azərbaycanın Səsi” İctimai Birliyin sədri, xeyriyyəçi Faiq Əhmədov açılış zamanı maraqlı bir açıqlama da vermişdir.



Emtv.az xəbər verir ki, 17 apreldə “Esmamedia TV”-internet kanalının yeni çəkiliş studiyası istifadəyə verilmişdir.

Bu münasibətlə “Azərbaycanın Səsi” İctimai Birliyinin sədri, tanınmış yazıçı, publisist, xeyriyyəçi Faiq Əhmədovun təşəbbüsü ilə studiyada xüsusi tədbir keçirilmişdir.

Tədbirdə ölkənin tanınmış elm və incəsənət adamları, görkəmli ictimai xadimlər, səhiyyə işçiləri, şair və yazarlar, eləcə də mətbuat nümayəndələri də iştirak edirdilər.

İlk olaraq, dəvət olunmuş qonaqlara müraciət edən Faiq Əhmədov bildirmişdir ki, tədbirin məxsusi olaraq bu günə təyin edilməsi heç də təsadüfi seçim olmamışdır.

Belə ki, məhz bu gün, 17 aprel 2018-ci il tarixində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilib və həmin iclasda Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələrinin təsdiq və rəsmən elan olunmasına dair qərar qəbul olunub.

Beləliklə, Azərbaycan xalqının sarsılmaz iradəsinə və qəti seçiminə uyğun olaraq, növbəti yeddi il ərzində də ölkəmizə rəhbərlik məhz Prezident cənab İlham Əliyevə həvalə olunmuşdur.

Faiq Əhmədov bu möhtəşəm qələbə münasibətilə bir daha tədbir iştirakçılarını və onların timsalında bütün xalqımızı təbrik etmişdir.

Bir məqamı da xüsusi olaraq diqqətinizə çatdırmaq istəyirik ki, yeni studiyanın fəaliyyətə başlaması ilə əlaqədar “Azərbaycanın Səsi” İctimai Birliyin sədri məşhədi Faiq Əhmədov maraqlı bir açıqlama da vermişdir.

Faiq müəllim demişdir ki, Esmamedia TV-nin yeni studiyasının açılmasında əsas məqsəd müəyyən maddi çətinliklər səbəbilə hələ də cəmiyyətimizə təqdim olunmamış sənət adamlarının, şair və yazarların işlərinə dəstək olmaqdır.

Belə ki, Faiq müəllim bundan sonra bu studiyada həmin şair və yazarların öz əsərlərinin təqdimatını tamamilə təmannasız olaraq həyata keçirə biləcəklərini bəyan edib.

Daha sonra tədbir iştirakçıları çıxış edərək, seçkilərin keçirilməsi və nəticələri ilə bağlı öz fikirlərini paylaşmış, ürək sözlərini söyləmişlər.

Qeyd edək ki, “Esmamedia TV”-internet kanalının yeni studiyasında keçirilən tədbirdə iştirak edən qonaqlar sırasında görkəmli elm xadimlərindən və ziyalılarından olan Əsədullah Qurbanov, Mehrac Əliyev və Azərbaycanın əməkdar artisti, tanınmış akaktyorumuz Əli Nurda da iştirak ediblər.

Hazırladı: Türkan Xubiyarova,
Emtv.az








































OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR