17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Tramp neftin qiymətindən danışdı
Neftin qiyməti süni şəkildə çox yüksəkdir.
Emtv.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün "twitter” səhifəsində yazıb.
"OPEC yenə eyni işi görür. Neftin miqdarının dənizdəki dolu tankerlər daxil olmaqla hər yerdə rekord səviyyəyə satdığı bir zamanda "qara qızıl”ın qiyməti süni şəkildə çox yüksəkdir. Bu, yaxşı hal deyil və qəbuledilməzdir”, - deyə D.Tramp bildirib.
ABŞ Prezidentinin bu sözlərinin Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə daxil olmayan ölkələrin - OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin iclası ilə eyni vaxta təsadüf etməsi analitiklər tərəfindən birmənalı qarşılanmayıb.
D.Trampın bu çıxışından sonra ötən gün son 3 ilin maksimumuna çatan neftin qiyməti yenidən ucuzlaşmağa başlayıb.
Hazırda "Brent” neftinin bir barreli Londonun ICE birjasında 73,30 dollara, "Light”ın bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 67,94 dollara alıcı axtarır.
Emtv.az