SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Keçmiş MTN generallarına nə vaxt hökm oxunacaq?

20-04-2018, 11:04 | Oxunub: 9 269 |

Keçmiş MTN generallarına nə vaxt hökm oxunacaq?
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə və idarə rəisləri - general Sübahir Qurbanov, general Teymur Quliyev, general Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri - Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə iclasının vaxtı açıqlanıb.

Emtv.az report-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə Sabunçu Rayon Məhkəməsinin inzibati binasında keçiriləcək məhkəmə iclası aprelin 23-nə təyin edilib.

Həmin gün məhkəmə kollegiyası müşavirədən qayıdıb, hökmü elan edəcək.

Qeyd edək ki, sonuncu dəfə - martın 15-də sabiq MTN generalları Sübahir Qurbanov, Teymur Quliyev və Natəvan Mirvətova son söz deyiblər. Onlar məhkəmədən bəraət istəyiblər və daha sonra məhkəmə kollegiyası müşavirəyə yollanıb.

Xatırladaq ki, dövlət ittihamçısı çıxışında Sübahir Qurbanovun 16 il, Teymur Quliyevin 16 il, Natavan Mirvətovanın 12 il, Füzuli Əliyevin 15, Zaur Məmmədovun 13, Natiq Alıyevin 14, Fərhad Atayevin 7, Anar Şirəliyevin 7, Eşqin Əliyevin 7 və Elşad Əzizovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib. Həmçinin prokuror təqsirləndirilən generalların rütbədən azad edilməsi barədə ölkə Prezidentinə, digər şəxslərin rütbəsi ilə bağlı müvafiq orqanlara təqdimat göndərilməsini istəyib.

O, zərərçəkmişlərin mülki iddiaları ilə bağlı qanuna uyğun qərar verilməsini tələb edib.

Bundan başqa, dövlət ittihamçısı təqsirləndirilən şəxslərə qarşı Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) 1 milyon manatlıq mülki iddiasının təmin olunmasını istəyib.

Bundan başqa, o, təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulmuş mülklərinin müsadirə olunması ilə bağlı qanunauyğun olaraq qərar çıxarılmasını tələb edib.

Qeyd edək ki, MTN-in sabiq baş idarə və idarə rəisləri - Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri - Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev və Elşad Əzizov 2015-ci ildə həbs olunublar.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR