SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Prezident tapşırıq verdi, məmurlar toplandı

20-04-2018, 10:57 | Oxunub: 6 703 |

Prezident tapşırıq verdi, məmurlar toplandı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı tərəfindən verilən tapşırıqların icrası ilə bağlı Energetika Nazirliyində kollegiya iclası keçirilib.

Emtv.az-ın məlumatına görə, Nazirliyin şöbələri və tabeliyindəki qurumların, eləcə də "Azərenerji” ASC, "Azərişıq” ASC, "Azəristiliktəchizat” ASC, SOCAR və "Azəriqaz” İB-nin rəhbər və səlahiyyətli nümayəndələrinin iştirakı ilə keçirilmiş iclasda energetika naziri vəzifəsini icra edən Pərviz Şahbazov dövlət başçısının bir çox sahələr kimi enerji sektorunda da qarşıdakı dövr üzrə mühüm vəzifələr müəyyənləşdirdiyini diqqətə çatdırıb. Pərviz Şahbazov bildirib ki, ilin sonuna kimi ölkədə qazlaşdırmanın 95 faizə çatdırılması, "Şimal-2” elektrik stansiyasının tikintisinin yekunlaşdırılması, ölkənin inkişafını, əhali artımını, sənayeləşmə prosesini nəzərə alaraq, 5-10 il sonra daxili istehlaka tələbatın proqnozlaşdırılması, xarici enerji bazarlarının təhlili nəticəsində ixrac potensialının müəyyən edilməsi, alternativ və bərpa olunan enerjinin istehsalı sahəsinin təhlili əsasında külək, günəş və su elektrik stansiyalarının tikintisi istiqamətlərində tapşırıqlar verilib. Sadalanan istiqamətlər üzrə mövcud vəziyyətin və imkanların təhlili əsasında birgə tədbirlərin həyata keçirilməsinin vacibliyi vurğulanıb, tapşırıqların nəzərdə tutulduğu vaxta qədər icrasının mümkünlüyü ifadə edilib.

Sonra "Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev ölkədə generasiya gücləri, orta və uzunmüddətli inkişaf planları, elektrik enerjisinin ixrac perspektivləri, eləcə də "Şimal-2” elektrik stansiyasının tikintisinin gedişatı ilə bağlı məruzə edib. Daha sonra isə "Azərişıq” ASC-nin sədri Baba Rzayevin ölkədə elektrik enerjisinin təminatı və elektrik şəbəkəsinin mövcud vəziyyəti, daxili istehlakın orta və uzunmüddətli inkişaf tendensiyası barədə məruzəsi dinlənilib. Alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi və bu sahəyə özəl sektorun cəlbinin perspektivləri ilə bağlı müzakirələr aparılıb.

Bu günlərdə "Azərenerji” ASC şirkəti ilə İranın Enerjinin İstehsalı, Ötürülməsi və Paylanmasını İdarəetmə Şirkəti "TAVANİR” arasında elektrik enerjisinin alqı-satqısı üzrə müqavilənin imzalanması elektrik enerjisinin ixrac bazarının genişləndirilməsi tədbirlərindən biri kimi qiymətləndirilib.

İclasda həmçinin ölkənin qazlaşdırılması çərçivəsində görülən işlərdən bəhs edilib. Qazlaşdırma layihələrinin həyata keçirilməsində dövlət dəstəyinin xüsusi rolu qeyd edilib. Hazırda ölkədə əhali abunəçilərinin qaz təchizatı şəbəkəsi ilə əhatələnmə səviyyəsinin 93,9 faizə çatdırıldığını deyən SOCAR-ın vitse-prezidenti Rəhman Qurbanov bildirib ki, 2018-ci ildə regionların qazlaşdırılması proqramı üzrə müvafiq təkliflər hazırlanıb. Proqrama Respublikanın regionlarında 42 inzibati rayon üzrə yaşayış məntəqələri və qəsəbələrinin qazlaşdırılması tədbirləri daxildir. Müzakirələr zamanı qazlaşdırılması texniki-iqtisadi cəhətdən səmərəli olmayan ucqar yaşayış məntəqələrinin alternativ mənbələrlə təminatı məsələsinə də toxunulub. Maye qazla təminat imkanları nəzərdən keçirilib.

Yekunda Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısının çıxışından irəli gələn vəzifələrin vaxtında və keyfiyyətli icrası üçün müvafiq tapşırıqlar verilib.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR