18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Hacıqabul şəhəri istiqamətində hərəkətdə olan yük maşını aşdı - VİDEO
Bakı-Ələt-Qazax-Gürcüstan yolunda ağır nəqliyyat hadisəsi baş verib. Emtv.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yayıb. Bildirilib ki, gecə saatlarında Hacıqabul şəhəri istiqamətdə hərəkətdə olan 99JF057 dövlət nömrə nişanlı "MAN” markalı yük maşınının sürücüsü naməlum səbəbdən idarə etməni itirib və yük maşını yol ayrıcında quraşdırılmış metal təhlükəsizlik səddini dağıdaraq qarşı tərəfə çıxaraq aşıb.
Baş vermiş qəza nəticəsində yol ayrıcında quraşdırılmış 60 paqon-metr uzunluğunda əyri-xətli dəmir tirlər sıradan çıxıb. İlkin hesablamalara görə, yol təsərrüfatına 4 min manata yaxın ziyan dəyib.
Dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq, aidiyyatı üzrə göndərilib.
Emtv.az