17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Torpaq sürüşməsi baş verdi: yol dağıldı - ŞAMAXIDA
Şamaxı rayonunda daha bir ərazidə torpaq sürüşməsi baş verib.
Emtv.az-ın apa-ya istinadən xəbərinə görə, son günlər havaların yağıntılı keçməsi nəticəsində Şamaxı-Pirqulu-Dəmirçi avtomobil yolunun asfalt örtüyündə iri çatlar və çökmələr əmələ gəlib, təhlükəli vəziyyət yaranıb. Pirqulu-Dəmirçi yolunun 3-cü kilometrliyində asfalt örtüyü ortadan bölünərək iki hissəyə ayrılıb.
Üç kəndi birləşdirən bu yolda ilk dəfədir ki, torpaq sürüşməsi baş verib. Pirqulu-Dəmirçi yolu rayon mərkəzində 22 km aralıda yerləşir. Torpaq sürüşməsi yolun 3 hissəsində qeydə alınıb. Yerli sakinlərin sözlərinə görə, çatlar hər gün genişlənir, çökmələr böyüyür. Sürüşmə belə davam edərsə yolda avtomobillərin hərəkətində çətinlik yarana bilər.
Qeyd edək ki, turizm əhəmiyyətli Pirqulu-Dəmirçi yolu yenidən qurularaq istifadəyə verilib. Bu yol həm də yeni çəkilməkdə olan Dəmirçi-Lahıc yoluna birləşir.
Emtv.az