18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
İlham Əliyev Yukio Amanonla görüşdü
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 18-də Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Yukio Amanonu qəbul edib.
Emtv.az xəbər verir ki, dövlət başçısını prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edən Yukio Amano Prezident İlham Əliyev ilə inauqurasiya mərasimi günündə görüşməsinin əlamətdar hadisə olduğunu deyib. Azərbaycanın Beynəlxalq Atom Enerjisi Agentliyi üçün çox mühüm tərəfdaş olduğunu qeyd edən Yukio Amano ölkəmizlə yüksək səviyyəli əməkdaşlıq həyata keçirildiyini, bir sıra mühüm layihələr üzrə birgə iş aparıldığını vurğulayıb.
Təbrikə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev Yukio Amanonun ölkəmizə səfərinin önəmini qeyd edib. Dövlət başçısı Azərbaycan ilə Beynəlxalq Atom Enerjisi Agentliyi arasında yaxşı tərəfdaşlıq əlaqələrinin mövcud olmasından və bir sıra birgə layihələr üzərində işlərin aparılmasından məmnunluğunu ifadə edib. Prezident İlham Əliyev ölkəmizlə Beynəlxalq Atom Enerjisi Agentliyi arasında əməkdaşlığın gələcəkdə də inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.
Emtv.az