18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Yunanıstandan Türkiyəyə daha bir ZƏRBƏ: FETÖ-çü hərbiçililər sərbəst buraxılacaq
Türkiyədən Yunanıstana qaçan "Fətullahçı” terror təşkilatının (FETÖ) üzvləri olduğunu deyilən 8 hərbiçi gələn ayın ortası sərbəst buraxılacaq.
Emtv.az xəbər verir ki, bu barədə Yunanıstan ədliyyə naziri Stavros Kontonis, ölkələrindəki 8 FETÖ-çü hərbiçinin may ayında sərbəst buraxılacağını bəyan edib.
Kontonis bəyan edib ki, 18 aydan sonra Yunanıstanda saxlanılan 8 nəfərlə bağlı istintaq işi yekunlaşıb və onların həbs olunmasına səbəb tapılmayıb: "Onların sərbəst buraxılacaq və hərbiçilərin həbsi üçün əlimizdə sübut yoxdur. Türkiyə tərəfindən də onların Yunanıstanda mühakimə olunmaları üçün bir sübut gəlməyib".
Xatırladaq ki, 2016-ci ilin 15 iyul tarixində Türkiyədə "Fətullahçı” terror təşkilatının (FETÖ) üzvləri tərəfindən dövlət çevrilişinə cəhd olmuşdu. Bu hadisələrdən dərhal sonra Türkiyədə bu təşkilatın üzvlərindən sayılan 8 nəfər – hərbiçi və əsgər Yunanıstana qaçmışdı. Türkiyənin tələb cəhdlərinə baxmayaraq bu günədək Yunanıstan sözügedən 8 hərbiçinin ekstradisiyasına razılıq verməyib.