18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Rusiya ABŞ vətəndaşlarının ölkədə işləməsinə qadağa qoya bilər
Rusiya sahibkarına ABŞ vətəndaşlarını işə qəbul etmək qadağan oluna bilər.
Emtv.az xəbər verir ki, bu təkliflə Rusiyanın Dövlət Dumasının deputatları çıxış ediblər.
Onlar bunu əsas kimi rəsmi Vaşinqtonun Moskva əleyhinə siyasət yürütməsini göstəriblər.
Qadağa yüksək ixtisaslı mütəxəssisləri əhatə edə bilər. Duma üzvləri hesab edir ki, bu cür tədbir rusların hüquqlarını və azadlığını, eləcə də Rusiyanın maraqlarını və təhlükəsizliyini qorumaq üçün vacibdir.
Rusiyanın Federasiya Şurasının büdcə üzrə Komitəsinin sədri Sergey Ryabuxin isə bəyan edir ki, ABŞ-ın antirusiya siyasətinə cavab olaraq “Boeing” korporasiyasında titan satılması dayandırıla bilər: “ABŞ antirusiya siyasəti ilə bağlı qanun qəbul etsə, Rusiya bu ölkəni titanla təmin etməkdən imtina edəcək. Titan isə “Boeing” təyyarələrinin istehsalı üçün olduqca vacibdir”.
Xatırladaq ki, Federasiya Şurasının spikeri Valentina Matviyenko bildirib ki, Rusiya ABŞ-ın siyasətini həzm etmək niyyətində deyil.
Emtv.az