SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

ABŞ Suriyada vurulacaq kritik nöqtələri müəyyənləşdirdi – Bəşər Əsəd hərbi bazalarını boşaltmağa başladı

10-04-2018, 14:55 | Oxunub: 6 212 |

ABŞ Suriyada vurulacaq kritik nöqtələri müəyyənləşdirdi – Bəşər Əsəd hərbi bazalarını boşaltmağa başladı
CIA və Pentaqon Suriyada Əsədə məxsus 22 kritik hədəfi müəyyən etməsinə qarşılıq olaraq rejim qüvvələri hədəf ola biləcək bəzi hərbi hissələri boşaldıblar.

Emtv.az xəbər verir ki, bu barədə alman mətbuatı məlumat yayıb.

“Hərbi alternativ qəti şəkildə qiymətləndirdiyimiz variantdır. Bu qorxunc hadisə fonunda olduğumuz nöqtə budur: potensial hərbi alternativlərə baxırıq və bunu prezident Trampa təqdim edirik” – ABŞ ordusunun polkovniki Patrik Rayder belə deyib.

Gecə saatlarında ABŞ, Fransa və İngiltərə arasındakı danışıqlar trafikində Suriyada atılacaq addımlar müzakirə olunub. Aparılan müzakirələr ehtimal olunan hücumu tək başına etməyəcəyi şəkildə şərh olunur. Alman xəbər agentliyi Suriyada hədəf ola biləcək hərbi hissələrinin boşaldığını bildirir.

Qutaya edilən kimyəvi hücuma qarşı olaraq CİA və Pentaqon Əsədə məxsus 22 kritik hədəfin xəritəsini tərtib edib. Vurulacaq bazalar arasında olduqca strateji bölgələr var. Bundan əlavə Hums və Tartus bölgələrin ABŞ hədəflərinə daxil olan 2 hərbi hissədə rus əsgərlərinin olduğu bildirilir.

Vurulacaq hərbi hissələr arasında Fransa, İngiltərə, ABŞ və İsrailin birlikdə hərəkət edəcəyi bildirilərkən Suriya rejiminə məxsus hərbi qərargahların bombardmanı, dəniz, hava və quru raketləri vasitəsilə həyata keçiriləcək.

Beynəlxalq münasibətlər üzrə ekspert Zəkəriyyə Molahafci ABŞ-ın əhatəli xəritə tərtib etdiyini, Suriya miqyasında 20-dən çox hərbi nöqtəni qarşıdakı bir neçə gün ərzində vurmağa hazırlaşdığını bildirir.

Deyr-əz-Zor – Əl Bukamal xəttində yerləşən İŞİD cəbhəsi boyu cərəyan edən fəallığa diqqət yetirən Molahafci ABŞ-la yanaşı Fransa, İngiltərə və İsrailin başda hərbi hava bazaları olmaqla strateji nöqtələri bombalayacağını iddia edib. Molahafci, Hums, Dəməşq, Tartus və Hama ilə birlikdə Deyr-əz-Zor və Rəqqa sərhədləri daxilində yerləşdirilmiş hərbi qərargahların da müəyyən edilmiş hədəflər arasında yer aldığını qeyd edib.

Suriya rejimi ordu və rejimi müdafiə edən könüllülərə qarşı hücum ehtimalı ilə bağlı həyəcan siqnalı verib.

Xatırladaq ki, ABŞ keçən il Xan Şeyxunda 80-dən insanın öldüyü Zarin qazı hücumundan sonra Suriyada rejimə məxsus hərbi hədəfləri raketlərlə vurmuşdu. Onlarla “Tomahavk” raketi Aralıq dənizindəki döyüş gəmilərindən buraxılmışdı.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR