SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvanın qızıl fabriki: min illərdən qalan ənənə davam edir

10-04-2018, 14:46 | Oxunub: 10 837 |

Naxçıvanın qızıl fabriki: min illərdən qalan ənənə davam edir
Etiraf edək ki, ölkəmiz 1991-cı ildə müstəqillik qazandıqdan sonra dünyanın qapıları üzümüzə açıldı. Yaxşı yadımdadır, ilk dəfə dostlarımla Təbrizdə olarkən qədim şərq bazarındakı qızıl, gümüş və müxtəlif zinət əşyaları bizi valeh etdi.

Qızılın göz qamaşdıran parıltısı, üzərində Azərbaycana xas incə naxışlarla işlənən cavahirlərin bərq vurması insanı sanki nağıllar aləminə aparırdı. Onda ürəyimdən bir arzu keçdi, bu bizdə niyə olmasın?


Şərq insanı qızıla və gümüşə təkcə var dövlət rəmzi kimi baxmayıb. Bu nadir metallar həm də ustaların əlində gözəl sənət əsərinə dönüb. Ən yaxşı, dəyərli nümunələr onlarla müqayisə edilib. Bir zaman böyük əraziləri əhatə edən Azərbaycan İmperatorluqlarının qızıldan olan dünya şöhrətli bəzək əşyaları, dəyərli pulları həmişə digər şərq xalqlarından seçilib. Çünki azərbaycanlı ustalar bu qiymətli metalları elə sənətkarlıqla süsləyir, onlara elə bəzəklər vururdular ki, hər kəs bu zinət əşyalarına sahib olmağı arzulayırdı. Hətta dünyanın o başından gələn tacirlər onları çox baha qiymətə alırdılar. Beləliklə, Azərbaycanda qızıl və gümüş yeni bir sənət növünü – zərgərliyi formalaşdırdı. Azərbaycanın, o cümlədən Naxçıvanın tanınmış zərgərləri yaratdıqları yaraşıqlı qızıl üzüklər, bilərziklər, qolbaqlar, sırğalar və digər məmulatlarla hələ orta əsr səyyahlarını valeh etmişdi. Bunu bir sıra səyyahlar öz yol qeydlərində etiraf ediblər. Alban tarixçisi Musa (Moisey) Kalankatuklu Azərbaycanın dağlarında qızıl, gümüş və misin olduğunu yazırdı. Naxçıvan ərazisində aparılan qazıntılar zamanı tapılan qızıl əşyalar isə min illər əvvəl də xanımlarımızın bu qiymətli metaldan bəzək üçün istifadə etdiyini göstərir.

Yerüstü və yeraltı sərvətləri ilə zəngin olan Azərbaycanda qızıl və gümüş son bir neçə yüzillikdə kütləvi şəkildə məişətə daxil olub. Azərbaycan xanımlarını qızıl sırğasız, bilərziksiz, üzüksüz , qolbaqsız, gümüş çəçiksiz, yaxalıqsız təsəvvür etmək mümkün deyil. Elə bu maraq və tələbat ölkəmizdə bu sahəyə marağı artırıb.

İndi qızıl ehtiyatı həm də dövlətin zənginliyinin simvolu sayılır. Son illər sürətlə inkişaf edən Azərbaycan və onun ayrılmaz hissəsi Naxçıvanda tarixən bu sahəyə maraq həmişə olub. Yeni yaradılan zinət əşyaları fabrikinin istifadəyə verilməsi isə bu qədim ənənənin yenidən dirçəlməsinə bir təkan olacaq. Naxçıvan şəhərində istifadəyə verilən “Miraj Gold” Məhdud Məsuliyyətli Cəmiyyətinin qızıl və gümüş zinət əşyaları hazırlayan fabriki Naxçıvan sakinlərinə və muxtar respublikamızın qonaqlarına onların zövqünə uyğun istənilən bəzək əşyaları əldə etməyə yardım edəcəkdir.
Naxçıvanın qızıl fabriki: min illərdən qalan ənənə davam edir
Bu gün azərbaycanlı ailəsinin təməlinin simvolu, hətta xoşbəxtlik rəmzi sayılan qızıl üzük bir ailənin tale bağı kimi qiymətləndirilir. Evlənmək istəyən övladı üçün nişan aparan valideynlər ən dəyərli hədiyyə və qohumluğun uzunömürlüyü simvolu kimi qızıl üzük aparırlar. Onu da qeyd edək ki, son vaxtlara qədər Naxçıvanda qızıl və zinət əşyalarının çeşidi, naxışları həmişə əcnəbi ölkələrin istehsalı olan bəzək əşyaları və onların ustalarının zövqünə uyğun tənzimlənirdi. Budan sonra isə bu qiymətli metaldan olan bəzək əşyası istəyən hər kəs yerli istehsaldan faydalana biləcək. Yeni fabrikin açılması təkcə bu problemi həll etmir. Açılış mərasimində iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov bu məsələyə belə qiymət verib : “Muxtar respublikada vaxtilə zinət əşyaları hazırlayan ustalar olmuşdur. Lakin varislik təmin olunmadığı üçün bu sənət zamanla unudulmuşdur. Bu gün muxtar respublikada az sayda usta bu sənətlə məşğul olur. Zinət əşyaları istehsalı müəssisəsinin yaradılması, müasir avadanlıqların qurulması və mütəxəssislərin cəlb olunması həm zinət əşyalarının hazırlanması üzrə varisliyi təmin edəcək, həm də bu sənət muxtar respublikada inkişaf edəcəkdir.”

Bu fikirlər onu deməyə əsas verir ki, bundan sonra dünya bazarlarında keyfiyyətli şəkildə, milli sənətkarlıq üslubunda, bizə doğma olan naxışlarla süslənən üzüklər, sırğalar, bilərziklər görə biləcəyik. İnanırıq ki, bu “Made in Azerbaycan” brendinə çevriləcək. Çox istərdik ki, onları gəzdirən hər bir əcnəbi qürurla lap orta əsrlərdə olduğu kimi “Naxçıvanlı ustaların əl işidir”- deyərək digərlərinə nümunə göstərsin. Bunun üçün isə fabrikdə hər cür şərait və mühit yaradılıb. Hətta İtaliyadan dəvət edilən mütəxəssis Vittario Qaliano bütün bunları “müasir dövrdə zinət əşyaları istehsalında yenilik ” adlandırıb.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR