17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Bu festival Bakıda ilk dəfə keçiriləcək
Meksikanın Azərbaycandakı səfirliyinin təşkilati dəstəyi ilə aprelin 16-dan 19-dək Bakıda ilk Latın Amerikası Kinofestivalı keçiriləcək.
Emtv.az xəbər verir ki, festival çərçivəsində filmlər “Park Cinema” (“Flame Towers”) kinoteatrında, “Landmark” kompleksinin kino zallarında, həmçinin Azərbaycan Dillər Universitetinin binasında nümayiş etdiriləcək.
Kinofestivalın keçirilməsində əsas məqsəd Azərbaycan tamaşaçılarını Latın Amerikası ölkələrinin mədəniyyəti və ənənələri, xüsusilə kinematoqrafiya tarixi və istiqamətləri ilə yaxından tanış etməkdir. Festival çərçivəsində Argentina, Braziliya, Kolumbiya, Kosta Rika, Kuba, Peru və Meksika istehsalı olan yeddi ekran əsəri təqdim ediləcək. Filmlər ingilis dilində subtitrlər ilə ispan və portuqal dillərində göstəriləcək. Bütün seanslara giriş sərbəstdir.
Meksika səfirliyinin məlumatında deyilir: “Latın Amerikası ölkələrinin zəngin mədəni irsi var. Yeni ictimai cərəyanların qədim adət-ənənələrlə uzunmüddətli sintezi prosesi öz əksini regionun istər mədəni və qastronomik rəngarəngliyində, istərsə də tarixi və linqvistik zənginliyində tapıb”.
Emtv.az