18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Yeni doğulmuş övladı olanların DİQQƏTİNƏ - CƏRİMƏLƏNƏ BİLƏRSİNİZ - VİDEO
ARB TV-nin "Günə doğru” verilişində övladını sənədsiz qoyan valideynlər haqda sujet efirə gedib.
Emtv.az xəbər verir ki, yeni anadan olan uşaq üçün doğum haqqında şəhadətnamənin vaxtında əldə edilməsi vacib olsa da, bəzi valideynlər bu işə məsuliyyətli yanaşmırlar.
Nəriman İsmayılov (qeydiyyat şöbəsinin əməkdaşı):"Təlimatda göstərilir ki, yeni doğulmuş uşağa 1 ay ərzində şəhadətnamə alınmalıdır. Bunun alınmasında birbaşa valideynlər məsuliyyət daşıyır. Əgər alınmazsa, ya xəbərdarlıq edilir, ya da cərimə”.
Bərdə qeydiyyat şöbəsinin mütəxəssisi Nəriman İsmayılov deyir ki, belə hallara əsasən kənd yerlərində daha çox rast gəlinir. Bu da böyüməkdə olan uşaqlar üçün gələcəkdə çətinliklər yaradır.
Amma uşaq dünyaya gəldikdən sonra doğum haqqında şəhadətnamənin qısa zamanda alınmasını tərəfdarı olan valideynlər də az deyil.
Qeydiyyat şöbəsindən o da bildirildi ki, xəstəxanada dünyaya gələn körpələrin siyahısı Səhiyyə və Ədliyyə nazirliklərinə ötürülür. Qeydiyyat şöbələri isə həmin məlumatlar əsasında yerli icra nümayəndəlikləri ilə əlaqə saxlayaraq vətəndaşlara, 1 ay ərzində uşaqlarının sənədlərini alması üçün bildirişlər verirlər.
Emtv.az