18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Metro gecə saat 2-yə qədər işləyəcək
Aprelin 27-29-da Bakının mərkəzi küçələrində keçiriləcək "Formula-1" Azərbaycan qran-prisi ilə əlaqədar olaraq, "Bakı Metropoliteni" QSC gücləndirilmiş rejimdə işləyəcək.
Emtv.az xəbər verir ki, bu barədə report-a qurumun Mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, zərurət olarsa, iki stansiya gecə saat 2-yə qədər açıq olacaq.
Həmçinin "Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin müraciətinə əsasən, "Bakı Metropoliteni"nin rəhbərliyi yarışın keçirildiyi günlərdə metropolitenin iş qrafikində dəyişikliklər etmək barədə qərar verib. Məqsəd tamaşaçıların, habelə Dənizkənarı Bulvarda təşkil ediləcək əyləncə və istirahət yönümlü kütləvi sosial-mədəni tədbirlərin iştirakçıları və təşkilatçılarının ictimai nəqliyyatdan istifadəsini asanlaşdırmaq, rahatlığını təmin etməkdir.
Bakı metropoliteni "Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti ilə sıx əlaqəli fəaliyyət göstərərək qeyd edilən tarixlərdə yarışın və tədbirlərin keçirildiyi məkanlara yaxın olan "İçərişəhər" və "28 May" stansiyalarına sərnişinlərin, zərurət yaranacağı təqdirdə, gecə saat 02:00-a qədər daxil olmasını və müvafiq marşrutlar üzrə hərəkət etməsini təmin edəcək.
Emtv.az