18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Nişanlı və yeni ailə qurmuş 2 bacı eyni şəkildə öldü - Azərbaycanda ŞOK
Hacıqabul rayonunda baş vermiş intihar hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Emtv.az lent.az-a istinadən xəbər verir ki, Hacıqabul şəhər sakini, 1995-ci il təvəllüdlü Ağayeva Nəsibə Vadar qızının özünü qayınatasının evində asaraq öldürdüyü məlum olub. Bir uşaq anası olan Nəsibənin hansı səbəbdən özünü öldürdüyü dəqiq bilinməsə də, onun 2 il əvvəl dərin psixi sarsıntı keçirdiyi məlum olub. Belə ki, 2016-cı ildə Nəsibə Ağayevanın kiçik bacısı Kifayət atasının evində özünü öldürübmüş.
Nəsibədən 2 yaş kiçik olan Kifayət həmin vaxt nişanlı olub və ailə toya hazırlaşırmış.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Qeyd edək ki, Hacıqabul sakini özünü asaraq intihar edib. Hacıqabul şəhər sakini, 1995-ci il təvəllüdlü Ağayeva Nəsibə Vadar qızı özünü asıb. İntiharın səbəbləri hələlik məlum deyil. Onun bir uşaq anası olduğu bildirilir. Faktla bağlı Hacıqabul rayon Prokurorluğunda araşdırma aparılır.
Emtv.az