SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Azərbaycana 627 mindən artıq əcnəbi səfər edib

10-04-2018, 11:51 | Oxunub: 6 991 |

Azərbaycana 627 mindən artıq əcnəbi səfər edib
2018-ci ilin 3 ayında Azərbaycana 627 835 nəfər xarici vətəndaş səfər edib.

Emtv.az xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən mətbuata verilən məlumata görə, bu, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 70 207 nəfər və ya 12.6% artım deməkdir. Xarici vətəndaşların 185 913 nəfəri yanvar, 166 161 nəfəri fevral, 275 761 nəfəri isə mart ayında ölkəmizə gəlib.

Ölkəmizə səyahət edən xarici vətəndaşların sayına görə ənənəvi olaraq, Rusiya Federasiyası (171 814 nəfər), Gürcüstan (138 909 nəfər), İran İslam Respublikası (99 158 nəfər) və Türkiyə (72 733 nəfər) ilk sıradadır. Bununla yanaşı, BƏƏ (29 317 nəfər), Ukrayna (11 847 nəfər) və İraq (11 112 nəfər) vətəndaşları da Azərbaycana gələnlərin sırasında seçilib.

2018-ci ilin 3 ayı ilə keçən ilin müvafiq dövrünü müqayisə etdikdə xüsusi artım tempinə görən seçilən ölkələr Gürcüstan (15 684 nəfər və ya 12.7%), Rusiya Federasiyası (11 188 nəfər və ya 6.97%), Türkiyə (8 191 nəfər və ya 12.7%), BƏƏ (6 931 nəfər və ya 31%) və Küveyt (5 621 nəfər və ya 614%) olub.

2018-ci ilin 3 ayı ərzində Azərbaycana səfər edən xaricilərin əsas hissəsi MDB ölkələri və Gürcüstan (342 457 nəfər və ya 54.5%), Fars körfəzi və Yaxın şərq ölkələri (166 976 nəfər və ya 26.5%) və Avropa ölkələrinin (93 122 nəfər və ya 14.8%) payına düşüb.

3 ay üzrə sözügedən hər üç regiondan ölkəmizə gələnlərin sayında keçən illə müqayisədə artım baş verib. Belə ki, MDB ölkələri və Gürcüstan region üzrə 28 560 nəfər (9.0%), Fars körfəzi və Yaxın şərq ölkələri üzrə 23 022 nəfər (15.9%) və Avropa regionu üzrə 8 008 nəfər (9.4%) artım müşahidə edilib.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR