17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
DTX və polisdən ƏMƏLİYYAT: Civə satmaq istəyən şəxs tutuldu (FOTOLAR)
Hüquq mühafizə orqanları əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində insan sağlamlığına mənfi təsir göstərən zərərli kimyəvi maddə hesab edilən civə satmaq istəyən şəxs saxlanılıb.
Emtv.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Nizami Rayon Polis İdarəsi (RPİ) 25-ci Polis Şöbəsinə (PŞ) Qalib adlı şəxsin rayon ərazisində civə satmaq istəməsi barədə məlumat daxil olub. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yerli idarəsi və Nizami RPİ-nin 25-ci PŞ əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat nəticəsində həmin şəxs Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Qalib İbadov saxlanılıb. Polis Şöbəsində üzərində şəxsi axtarış keçirilən zaman 585 qram civə, bir ədəd kustar üsulla hazırlanan tapança və 6 ədəd patron aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində civəni satmaq niyyəti ilə əldə etdiyini və bu məqsədlə Masallı rayonundan Bakıya gətirdiyini etiraf edib.
Qeyd edilən faktla bağlı 25-ci Polis Şöbəsində toplanan material araşdırılması üçün Nizami RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Zəruri əməliyyat və istintaq tədbirləri davam etdirilir.