18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Türk əsgəri ilə görüşə gedən sənətçilərə “rəzillər” deyən Klıcdaroğluna Ərdoğandan sərt cavab : “Bay Kamal, sən terrorçularla birlikdə oldun…”
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya sərhədində türk əsgərləri ilə görüşə gedən sənətçiləri hədəf alan CHP sədri Kamal Klıcdaroğlunu sərt şəkildə tənqid edib.
Emtv.az xəbər verir ki,Ərdoğan əsgərlə görüşə gedən sənətçilərə “rəzillər” deyən Klıcaroğlunu terrorçularla əl-ələ tutmaqda ittiham edib.
“Hatayda toplatıdaydım. Sənətçilərlə görüşüb, oradan Reyhanlıya keçdik. Aman Ya Rəbbim, bu səfər bay Kamalı dəli etdi. Təhqir üstündən təhqir yağdırıb. Bay Kamal, ofisinin yerini de sənətçilərimiz səndən icazə alsınlar. Sənətçilərimizlə əsgərimizi ziyarət etməyimizə təhqirlər yağdıran bay Kamal, sən nə vaxt əsgərimizlə birlikdə oldun? Əsgərlə görüşə gələn sənətçiləri təhqir etmə səlahiyyətini haradan aldın, ədəbin yoxdurmu? Əlbəttə, sən terrorçularla birlikdə oldun, sən onlardan anlayarsan. Çılğına dönüb, çünki özü belə şeylər yaşamayıb. Bay Kamal sən ər meydanına gələ bilmərsən. Ər meydanına ər olanlar gəlir. “Yaylalar”ı biz əsgərlikdə təlimdə deyərdik. Lakin təyyarədə eşitdim ki, İbrahim Tatlısəs “Yaylalar”a gözəl şeylər əlavə etmiş. Tatlısəs Afrinden girdi, Mənbiçtən çıxdı, amma bay Kamal təhqir yağdırır”- Ərdoğan belə deyib.
Emtv.az