SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

17 yaşlı Fatimə Əli Kərimlini biabır etdi – Video

6-04-2018, 11:55 | Oxunub: 13 351 |

17 yaşlı Fatimə Əli Kərimlini biabır etdi – Video

Özünü partiya sədri hesab edən, fəaliyyəti isə yalnız sosial şəbəkələrdə status yazmaqdan ibarət olan Əli Kərimli və onun manqurtlaşmış dəstəsi seçki öncəsi iqtidara, hakimiyyət təmsilçilərinə ləkə yaxmaq, dövlətin imicini nüfuzdan salmaq üçün hər yola əl atır.

Vəziyyət o həddə çatıb ki, Kərimli başlatdığı çirkin kampaniyada öz tərəfdarlarını da qurban verməkdən çəkinmir, hətta xanım cəbhəçilərin üzərindən özünə siyasi divident qazanmağa çalışır.

Artıq bir neçə gündür ki, sosial şəbəkələrdə müxaliflər tərəfindən 17 yaşlı Fatimə Mövlamlı adlı gənc xanımın guya itkin düşməsi haqda ardı-arası kəsilməyən məlumatlar dolaşmaqdadır. Başda Kərimli olmaqla onun yolunu tutan radikallar silsilə statuslar yazaraq həmin xanımın guya mitindən sonra polis əməkdaşları tərəfindən saxlanıldığını, yerinin gizlədildiyini deyirlər. İddia edirlər ki, guya 17 yaşlı Fatimə Milli Şuranın mitinqində iştirak etdiyi üçün saxlanılıb.

Kərimlinin dəstəsi bir qədər də irəli gedərək guya həmin xanımın polis tərəfindən şərləndiyini, üzərinə “əxlaqsızlıq” damğasının vurulduğunu yazmağa başladılar. Planlı şəkildə gündəmə gətirilən yalanı böyüdərək iqtidar əleyhinə kampaniyaya çevirməyə çalışdılar.

Əli Kərimli isə bu çirkin kampaniyanın təşkilatçısı kimi iqtidarı “adam oğurluğu”nda ittiham etdi.

“17 yaşlı Fatimə Mövlamlını 5 gündür ki, hakimiyyət oğurladıb. Onun harada saxlanılması anasına belə deyilmir. Fatimənin 18 yaşı yoxdur. Rejimin bir gənc qıza tənqidi mövqeyinə görə divan tutmasına, ona qarşı mənəvi terroruna etiraz etmək isə hamımızın borcudur” – Kərimli statusunda yazıb.

Yalan ayaq açar, amma yeriməz deyirlər. Kərimlinin kampaniyasının ömrü heç bir gün çəkmədi. Oğurlandığı, itkin düşdüyü deyilən Fatimə sosial şəbəkədəki hesabında canlı yayım edərək Kərimli və onun dəstəsini haqqında yazdığı yalanlara görə ifşa etdi.

“Mən evdəyəm. Hər şey qaydasındadır. Son 4-5 gündür şəxsi həyatımda bir az problemlər vardı. Evdə deyildim. Bir rəfiqəmlə qalırdım. Telefonu söndürmək məcburiyyətində oldum. Bir dəfə anama zəng etdim ki, sizlərə, bəzilərinizə məlumat versin ki, məndən narahat olmasınlar. Haqqımda bəzi dəxlisiz paylaşımlar gördüm. Bu sadəcə yalandır. Mənə yalandan “əhsən”, “mərd qızsan” deyənləri bir kənara qoyuram. Onlar heç mənə maraqlı da deyillər. Mənim haqqımda hər şey yazmaq olar. Amma, əxlaqsızlıq, guya haradasa tutulmaqla bağlı yayılan məlumatlar yalandır. İnanmayın. Məni tanıyanlar bilir ki, belə bir şey söhbət mövzusu deyil. Sizləri narahat qoyduğuma görə üzürlü sayın. Heç bir tutulma hadisəsi baş verməyib”.

Təqdim etdiyimiz videodan göründüyü kimi, Fatimə Mövlayeva özü də etiraf edir ki, heç bir həbs olunma, oğurlanma hadisəsi baş verməyib. O, şəxsi problemlərinə görə rəfiqəsinin evində qalıb və mobil telefonunu söndürüb. Bu barədə anasına da məlumat verib.

O zaman qərar verək: öz maraqları naminə 17 yaşlı qızın üzərinə “əxlaqsız” damğasını vurmaq, onun yalandan oğurlandığını ictimailəşdirmək, şərəfli polis peşəsinin nüfuzuna ləkə yaxmaq əxlaqsızlıq deyil, nədir bəs?! Hansı ki, bu, Əli Kərimlinin ilk belə əməli deyil.

Emtv.az











azvision

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR