18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Bərdədə 50 baş mal-qara qarayara xəstəliyindən tələf oldu, bir nəfər təcili xəstəxanaya yerləşdirildi – Yerli qurumlar faktı gizlədir

Bərdə rayonun Mehdili kəndində yerləşən şəxsi fermada 50 baş İsveç növü inək qarayara xəstəliyindən tələf olub.
Emtv.az-ın yerli mətbuata istinadən əldə etdiyi məlumata görə, ferma Vahid adlı iş adamına məxsusdur.
Onun rayonun Bərdə rayonunda digər obyektləri də olduğu da bildirilir.
Əldə etdiyimiz məlumata görə, 50 baş mal-qaranın xəstəlikdən tələf olması ilə yanaşı, fermada çalışan bir nəfər də qarayara xəstəliyinə tutulub. Hazırda həmin şəxs Bərdə şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Lakin mal-qaranın qaraya xəstəliyindən tələf olması və fermada çalışan bir nəfərin bu xəstəliyə tutulması gizlədilir. Məlumatı verən mənbə bildirir ki, yerli icra orqanları ilə isti münasibəti olan Vahid adlı biznesmen faktın gizlədilməsinə nail ola bilib. Qaraya xəstəliyinin müalicəsi üçün vaksin alına bilmədiyindən hazırda xəstəxanaya yerləşdirilən ferma işçisinin müalicəsi çətinləşib. Çünki xəstəliyin yayılması ilə bağlı məlumat gizlədildiyindən qarayara xəstəliyinin aradan qaldırılması üçün vaksin almaq mümkün olmur.
Emtv.az