17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
İrena Qeorqiyeva Azərbaycana gələcək
Bolqarıstanın turizm nazirinin müavini İrena Qeorqiyeva aprelin 5-7-də 7-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər ("AITF 2018”) sərgisində iştirak etmək məqsədilə Bakıda səfərdə olacaq.
Emtv.az xəbər verir ki, bu barədə unikal.org-a Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
Məlumata görə, səfər çərçivəsində İrena Qeorqiyeva ilə nazir Əbülfəs Qarayev arasında görüşün keçirilməsi nəzərdə tutulur. Görüş zamanı Bolqarıstan və Azərbaycan arasında turizm sahəsi üzrə əməkdaşlıq məsələlərinin genişlənməsi və qarşılıqlı turist axınının təmin edilməsi məsələləri müzakirə ediləcək.
"Məlum olduğu kimi, Azərbaycan və Bolqarıstanın prezidentləri arasında aparılan danışıqlar çərçivəsində Bakı ilə Sofiya arasında hava əlaqəsinin açılması barədə əldə olunmuş razılığa əsasən 2018-ci il yanvarın 16-dan etibarən "Buta Airways” aşağıbüdcəli aviaşirkəti tərəfindən uçuşlar həyata keçirilir. Bu məqsədlə Bolqarıstanın turizm potensialı və mövcud turizm imkanları ölkəmizdə keçiriləcək 17-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər ("AITF 2018”) sərgisində nümayiş olunacaq. Eyni zamanda, Bolqarıstan bu il 17-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər ("AITF 2018”) sərgisinin rəsmi partyoru olacaq", - deyə məlumatda qeyd olunub.
Emtv.az