18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Azərbaycanda məktəblilərin öldüyü dəhşətli hadisə barədə yeni xəbər
Dünən Füzuli rayonunda iki yeniyetmənin ölümü ilə nəticələnən dəhşətli yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Emtv.az xəbər verir ki, Zobucuq kəndi yaxınlığında dərəyə aşaraq yanan avtomobili sürən “Qayıdış-5” qəsəbə sakini, 2002-ci il təvəllüdlü Dadaşzadə Yusif Seymur oğlunun sürücülük vəsiqəsinin olmadığı məlum olub. Həmin qəsəbədəki orta məktəbin 9-cu sinfində oxuyan Yusif digər məktəb yoldaşları ilə birgə atasına məxsus “Mercedes” markalı 99 DA 994 qeydiyyat nömrə nişanlı avtomobili yuksək sürətlə idarə edərkən qəzaya düşüb. Maşın yoldan çıxaraq dərəyə aşıb. Sakinlərin köməkliyi ilə yaralılar maşından çıxarılıb.
Az sonra isə avtomobil alışmağa başlayıb.
Qeyd edək ki, qəzada avtomobildə olan 4 nəfərdən sürücü Y.Dadaşzadə və 2002-ci il təvəllüdlü Rüstəmov Rəşad Rəhim oğlu həyatını itirib. Digər sərnişinlər 2002-ci il təvəllüdlü Quluzadə Nicat Səxavət oğlu və 2003-cü il təvəllüdlü Abdullayev Elçin İsmayıl oğlu Füzüli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Emtv.az