18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Oqtay Əsədov: "Böyük dövlətlər öz məqsədləri üçün erməni amilindən həmişə istifadə ediblər"
Milli Məclisin xüsusi plenar iclası başlayıb.
Emtv.az trend-ə istinadən xəbər verir ki, iclas Azərbaycanlıların soyqırımının 100 illiyinə həsr olunub.
İclası açıq elan edən Milli Məclisin spikeri Oqtay Əsədov bildirib ki, erməni şovinistlərin və onları dəstəkləyən qüvvələrin Azərbaycan xalqına qarşı düşmənçilik siyasətinin 200 ilə yaxın yaşı var.
Spiker deyib ki, Çar Rusiyası Qafqazda öz dayaqlarını möhkəmləndirmək üçün İrandan və Osmanlı İmperiyasından bir milyona yaxın ermənini məqsədli şəkildə Azərbaycan ərazilərinə köçürüb:
"Ümumiyyətlə, böyük dövlətlər öz məqsədləri üçün erməni amilindən həmişə istifadə edib, ələ keçirmək istədikləri əraziləri işğal etmək üçün erməni şovinistləri ilə müxtəlif dövrlərdə Azərbaycanda və Şərqi Anadoluda soyqırımlar törədiblər. Mart soyqırımı isə bu cinayət əməlinin ən dəhşətlisi oldu, Bakıda 12 mindən çox günahsız insan vəhşicəsinə qətlə yetirildi".
Emtv.az