18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Milli Məclis soyqırımın 100 illiyi ilə bağlı bəyanat qəbul etdi
Azərbaycanlıların soyqırımının 100 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı qəbul olunub.
Emtv.az apa-ya istinadən xəbər verir ki, bəyanatı Milli Məclisin xüsusi iclasında sədr müavini Bahar Muradova oxuyub.
Bəyanatda ermənilərin müxtəlif vaxtlarda azərbaycanlılara qarşı törətdiyi soyqırım və deportasiya faktları sadalanıb.
Sənəddə bildirilir ki, 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin tabeliyində olan daşnak qruplaşmaları azərbaycanlıları qarşı mənsubiyyətinə görə soyqırıma məruz qoyub: “Bu, ermənilərin “Böyük Ermənistan” xülyası naminə törətdikləri qətliamların ən böyük səhifələrindən biridir”.
Bəyanatda deyilir ki, həmin siyasətin davamı olaraq 1988-ci ildən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları başlayıb və bu, torpaqların işğalı, azərbaycanlıların kütləvi qətli, etnik təmizləmə ilə nəticələnib.
Sənəddə BMT-nin və digər beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsinin həllinə dair qətnamələrinin hələ də icra olunmaması xatırladılıb, ədalətin bərpası tələb olunub.
Bəyanat səsə qoyularaq qəbul edilib.
Emtv.az