SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Separatçı “DQR”-ə gedən Ermənistan vətəndaşı qondarma rejimin “polisləri” tərəfindən oğurlanaraq döyüldü – Asia Xaçaturyan xalqı qondarma “DQR” və “Qarabağ klanı”na qarşı üsyana səslədi

30-03-2018, 10:55 | Oxunub: 5 928 |

Separatçı “DQR”-ə gedən Ermənistan vətəndaşı qondarma rejimin “polisləri” tərəfindən oğurlanaraq döyüldü – Asia Xaçaturyan xalqı qondarma “DQR” və “Qarabağ klanı”na qarşı üsyana səslədi

İşğal altında olan Qarabağ ərazisinə daxil olan Ermənistan vətəndaşı Asia Xaçaturyan qondarma rejimin “polis qüvvələri”nin işgəncəsinə məruz qalib.

Emtv.az xəbər verir ki, bu barədə İrəvana qayıdan erməni gənc qadın “youtube” portalı vasitəsi ilə Ermənistan ictimaiyyətinə, hüquq mühafizə orqanlarına müraciət edib.

Müraciətdə bildirilir ki, Qarabağda olarkən özünü “polis” adlandıran bir neçə şəxs A. Xaçaturyana yaxınlaşaraq burada nə etdiyi, hara getdiyi, şəxsiyyət vəsiqəsini verməsini tələb ediblər. Onlardan kimlikləri barədə məlumat vermələrini istəyəndə isə həmin şəxslər qadını təhqir etməyə başlayıblar. Vəsiqəsini göstərən, lakin aparmaları üçün onlara verə bilməyəcəyini, hüquqlarının pozulduğunu bildirən qadın ən pis söyüşlər ilə təhqir olunub.

Növbəti gün gecə saatlarında “polis” olduqlarını bildirən bir neçə nəfər şəxsin yaşadığı mənzilə gəldiyini bildirən gənc A. Xaçaturyan, məhkəmənin hökmü olmadan mənzilə daxil olmağa icazələrinin olmadığını onlara bildirsə də, gələn şəxslər buranın Ermənistan olmadığını, o qanunların burada keçmədiyini bildirərək mənzilə soxulub otaqları axtarıblar.

Heç bir şey tapa bilmədikdə isə Asia və rəfiqəsini məcburi “polis bölməsi”nə aparıblar. “Bölmə”də bütün sənədlərini aldıqlarını, xarici pasportunda Azərbaycanın möhürü olub olmadığını soruşduqlarını, ondan Qarabağda nə üçün yaşadığını, nə üçün gecə küçədə gəzdiyini, narkotik maddə istifadə edib, etmədiyini soruşublar. Qadın Ermənistan vətəndaşı olduğunu, İrəvanda qeydiyyatda olduğunu, valideynlərinin orada yaşadığını, gecə gəzmək hüququnun olduğunu, vəkil tələb etdiyini, valideynlərinə xəbər etməsi üçün telefonunun qaytarılmasını tələb etsə də ona məhəl qoymayıblar. Narkotik maddə istifadə edib, etməməsi barədə müayinə tələb edən qadın, əgər sübut olunmasa “polis”ləri məhkəməyə verəcəyini bildirib.

“Bölmənin müstəntiqi” A. Xaçaturyanı çox danışdığına və qışqırdığına görə ağır söyüşlərlə təhqir etdikdə otaqdan çıxmağa çalışan gənc qadın “müstəntiq”in zorakılığına məruz qalıb. Onları sakitləşdirən “bölmə”nin digər “polis”ləri qadını başqa otağa apararkən orada rəfiqəsinin ürəyinin getdiyini görüb. Con adlı digər “müstəntiq” ona belə deyib: “Burada məsələ başqadır, sən küçədə siqaret çəkdiyinə, saçlarını göy rəngə boyadığına görə qonşuların şikayəti əsasında saxlanılmısan. Cəsus ola bilərdin.”

Eşitdiklərindən şoka düşən A. Xaçaturyan artıq cəsus olmadığının bilindiyini, saçlarının rəngi, siqaret çəkmək vərdişinin sərbəst oluğunu, buna hüququnun çatdığını bildirəndə isə ona, “hüquqlarını Ermənistanda tələb edərsən” deyərək səhərə qədər Qarabağdan getməyə vaxt qoyublar.

İrəvana qayıdan A. Xaçaturyan hüquqlarının kobud şəkildə pozulduğu, şəxsiyyətinin alçaldığı, söyüş və işgəncələrlə təhqirlərə məruz qaldığı barədə Ermənistan hüquq mühafizə orqanlarına müraciət edib. Lakin, müraciətdən qısa vaxt sonra, şəhər 6-cı polis bölməsindən David adlı müstəntiq ona zəng edərək, polis bölməsinə gəlməsini xahiş edib. Polis bölməsinə gəlməsi üçün rəsmi göndəriş tələb etdikdə isə, qadına rəsmi sənədə ehtiyac olmadığını, problem həssas məsələlərlə bağlı olduğundan ictimailəşməsinin yaxşı olmayacağını bildiblər.

Qeyd edək ki, Ermənistan hakimiyyətində təmsil olunan “Qarabağ klanı” Ermənistan ictimaiyyətində açıq nifrət yaratdığına görə, buradan da separatçı “DQR”-ə gəzməyə, yaşamağa, əsgərliyə gədən ermənilərin ayrı seçkiliyə məruz qalmaları, təhqir olunmaları, hətta işgəncə ilə öldürülmələri barədə Ermənistan mətbuatında tez-tez məlumatlar yayılır.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR