SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvanda şagirdlərin Xatirə muzeyinə ekskursiyası təşkil edilib

29-03-2018, 14:10 | Oxunub: 6 919 |

Naxçıvanda şagirdlərin Xatirə muzeyinə ekskursiyası təşkil edilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 31 yanvar 2018-ci il tarixli “1918-ci il Azərbaycanlıların soyqırımının 100 illiyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsinə dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncamına uyğun olaraq, gənclərin Xatirə muzeyinə ekskursiyaları davam etdirilir.

Emtv.az azərtac-a istinadən xəbər verir ki, bu gün bir qrup şagirdin iştirakı ilə təşkil edilən ekskursiya zamanı muzeyin bələdçisi Leyla Məmmədova Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırım siyasətinin tarixi kökləri haqqında ətraflı məlumat verib. Bildirib ki, 19-cu əsrdən başlayaraq ermənilər Qafqazda işğalçılıq niyyətlərini həyata keçirmək və tarixi torpaqlarımızda “ Böyük Ermənistan” xülyasını reallaşdırmaq üçün ardıcıl olaraq hərbi və ideoloji vasitələrdən istifadə edib, 20-ci əsr boyu Azərbaycan xalqına qarşı dəhşətli soyqırım cinayətləri həyata keçiriblər.

Ötən əsrin əvvəllərindən başlayaraq ermənilərin xalqımıza qarşı törətdikləri qırğınlar Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvandan da yan keçməyib. Qırğınlar Ordubad, Yaycı, Nehrəm, Sirab, Cəhri, Şıxmahmud, Kültəpə, Əliabad, Çeşməbasar, Tivi, Tumbul və başqa yaşayış məntəqələrini əhatə edib.

Vurğulanıb ki, bu hadisələrin əsl mahiyyəti ulu öndərimiz Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli fərmanında açılıb, ermənilərin Azərbaycan xalqına qarşı əsrlər boyu apardığı soyqırım siyasəti dərindən təhlil edilib və ona siyasi qiymət verilib.

Vətənpərvərlik, vətənə sevgi hisslərinin təbliğ edildiyi ünvanlardan biri olan Xatirə muzeyinin ekspozisiyası ilə tanışlıq gənclərdə tariximizin böyük bir mərhələsi haqda geniş təəssürat yaradıb.
Naxçıvanda şagirdlərin Xatirə muzeyinə ekskursiyası təşkil edilib


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR