18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Aygün Kazımovanın ifa etdiyi mahnı qalmaqala səbəb oldu - VİDEO
Xalq artisti Aygün Kazımovanın bu gün "Hardasan" adlı mahnısına çəkilən klipini təqdim etməsi yeni qalmaqala səbəb olub.
Emtv.az xəbər verir ki, müğənni Rəqsanə İsmayılova bu mahnını 10 il əvvəl özünün ifa etdiyini və bəstəyə görə pul xərclədiyini bildirib. Mahnının bəstəkarı İsmayıl Əsədov isə Rəqsanə İsmayılovanın bu sözlərinə qarşılıq verib. O, sənətçini bəstəsinə qarşı biganəlikdə qınayıb.
Bundan başqa həmin mahnını lazımi şəkildə təbliğ etmədiyindən və sevdirə bilməməsindən bu mahnını Aygün Kazımovaya verdiyini bildirib: "Mahnının müəllif hüquqları var. Bu hüquqlar kimə aiddirsə, seçimini özü edə bilər. Hazırda mahnının bütün hüquqları məndədir. Rəqsanə xanım bu mahnını 10 ildir ki, heç yerdə səsləndirmir. Belə olduğu halda, əgər bir əsər 10 il efirə çıxmayıbsa, müəllifin hüququ var ki, onu başqasına versin. İllər əvvəl oxuduğun mahnını 2 həftə əvvəl "Youtube”a qoyarlar? Düzdür, ödəniş olunub. Amma bu ödəniş bizə yox, mahnının aranjımanına olunub. Aygün Kazımova isə musiqini yeni aranjımanda ifa edib. Məqsədimiz bu mahnını yaşatmaqdır”.
Emtv.az