17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Bakılıları bomba ilə təşvişə salan şəxs "dəlixana"ya göndərildi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Yeni il günü paytaxtda bomba partlayışı olacağı barədə yalan məlumat verməkdə təqsirləndirilən Elmar Qasımovun məhkəmə iclası başa çatıb.
Emtv.az report-a istinadən bildirir ki, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmə onun barəsində 1 saylı Respublika Psixiatriya Xəstəxanasına göndərilməsi barədə qərar çıxarıb.
Qeyd edək ki, bu il yanvarın 2-də saat 21:40 radələrində naməlum şəxs Səbail rayonu ərazisindəki mehmanxanalardan birinə bomba qoyulması barədə məlumat verib. Bakı Şəhər Baş Polis İdarəsi və Səbail Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə bomba qoyulması barədə yalan məlumat verməkdə şübhəli bilinən Bakı şəhər sakini, 24 yaşlı E.Qasımov müəyyən edilərək saxlanılıb.
O, Cinayət Məcəlləsinin 216-cı (Terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə ittiham edilir.
Emtv.az