18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Goranboyda dəhşət: Qardaş bacısını öldürərək basdırdı
Goranboyda qardaşı tərəfindən qətlə yetirilərək basdırılan qadının adı məlum olub.
Emtv.az report-a istinadən xəbər verir ki, bu, rayonun İrəvanlı kənd sakini, Rəşxəndə Çingiz qızı Hüseynovadır.
Qətlə yetirilən qadının iki qardaşı və iki bacısının olduğu deyilir.
Qadın qətlə yetirildikdən sonra yaşadığı evin zirzəmisində basdırılıb.
R.Hüseynovanın iki qardaşı – 1985-ci il təvəllüdlü Aydın Hüseynov və 1988-ci il təvəllüdlü Aqil Hüseynov şübhəli şəxs qismində saxlanılıb. Qətlin namus üstündə törədildiyi ehtimal edilir.
Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən istintaq tədbirləri davam etdirilir.
***
Goranboy rayon sakini bacısını qətlə yetirib.
Emtv.az report-a istinadən xəbər verir ki, hadisə İrəvanlı kəndi ərazisində baş verib.
Belə ki, yerli sakinlər kəndin ərazisində basdırılmış qadın meyiti aşkar ediblər və dərhal polisə məlumat verilib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Hazırda meyitin basdırıldığı yerdən çıxarılması işləri aparılır.
İlkin məlumata görə, qadın bir müddət əvvəl qardaşı tərəfindən qətlə yetirilərək basdırılıb.
Emtv.az