17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Türk ordusu saatlar içində şəhəri və strateji aeroportu terrorçulardan təmizlədi : Tel Rıfatda nələr yaşandı? (Sensasion iddia)
Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu tərəfindən Tel Rıfatın PKK/YPG terrorçularından azad edilməsinin təfərrüatları ortaya çıxıb.
Emtv.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Tel Rıfat şəhəri yaxınlığında yerləşən Minnaq aeroportu hər hansı bir qarşıdurma baş vermədən TSQ-ya təhvil verilib. Afrinin təxminən 20 kilometr cənub-şərqində yerləşən Tel Rıfat şəhərində isə kiçik miqyaslı toqquşmalar olub.
İddiaya görə, Minnaq aeroportu orada olan Rusiya əsgərləri tərəfindən TSQ-ya təhvil verilib, Azad Suriya Ordusuna bağlı birliklər isə Tel Rıfata girib. Təhlükəsizlik mütəxəssisi Abdulla Ağar da dünən günorta saatlarında Afrin zonasından hərəkətə keçən TSQ və ASO qüvvələrinin saat 15:00-dan etibarən Tel Rıfat və Minnaq hava limanında nəzarəti təmin etdiyini deyib. Ağar PKK/YPG-nin Şeyx İsa, Şeyx Hilal və Kefreyadan da qaçdığına dair bölgədən məlumatlar gəldiyini bildirib.
Türkiyə mətbuatının yazdığına görə, bölgədə olan 80-100 nəfərlik Rusiya hərbi polis gücü PKK/YPG-lilərı bölgəni tərk etməyi qəbul etdirə bilib. Rus hərbi polis gücünün də etibarlı şəkildə bölgədən ayrıldığı irəli sürülüb.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Afrindən sonra, Tel Rıfat və Mənbicin də PKK/YPG terrorçularından təmizlənəcəyini bildirmişdi.
Emtv.az