17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
ABŞ Afrin əməliyyatından bir gün əvvəl İncirlik bazasını boşaldıbmış – Türk generaldan sensasion açıqlamalar
15 iyul çevriliş cəhdində çevrilişçilərə və PYD-yə loqistik dəstək verməkdə ittiham olunan ABŞ-ın “Zeytun budağı” əməliyyatından əvvəl İncirlik aviabazasını boşaltdığı məlum olub.
Emtv.az xəbər verir ki, əməliyyatın başladığı 20 yanvardan bir gün əvvəl ABŞ döyüş təyyarələri İncirlik aviabazasından çıxıb.
ABŞ-ın İncirlikdə sadəcə tanker təyyarəsi, PUA və 3 vertolyot qalıb.
Türkiyə Hava Qüvvələrinin ehtiyata buraxılmış generalı Beyazıt Karataş bu barədə “Yeni Şəfəq” qəzetinə danışıb. İncirlikdə yerləşdirilən F-15, A-10, və F-16 təyyarələrinin yarısı gecə əməliyyatı ilə regiondakı başqa bazalara göndərildiyini deyən Karataş ABŞ-ın İncirliyə göndərməli olduğu 12 ədəd A-10 bombardmançı təyyarəsini Əfqanıstan-Qəndəhar bazasına yolladığını bildirib.
Pentaqon yaydığı hesabatda bunu “İŞİD ilə mübarizənin 98%-i başa çatdığı üçün təyyarələrin Əfqanıstana göndərilməsi” açıqlaması ilə izah etmişdi.
““ABŞ bu addımı ilə PKK-ya qarşı mübarizədə biz yoxuq” mesajı verib. Vaşinqton terror təşkilatları arasında ikili standart tətbiq etdiyini bir daha göstərdi. Hal-hazırda İncirlikdə Amerikaya məxsus yalnız karqo, yanacaq və kəşfiyyat təyyarələri qalıb. Türkiyə isə “Zeytun budağı” hərəkatının başlaması ilə birgə F-16 donanmasını İncirlikdə yerləşdirdi” – Karataş belə deyib.
Mənbic məsələsində ABŞ-ın əlində heç bir haqlı arqument qalmadığını qeyd edən Karataş Mənbicdə mövqeyini itirmək istəyən Pentaqon- MKİ ittifaqının region miqyasında yeni ittifaq axtardığını deyib.
“ABŞ bundan sonra çox daha kirli taktikalara əl atacaq. Əvvəl Fars körfəzi regionunda, sonra Suriyada 30 ildir bütün balansı alt-üst etdilər. Bu 30 illik dövrün aktyorları hərbi əməliyyatlarını hələ də ABŞ ictimaiyyətinə açıqlaya bilmirlər. İrana nəzarət etmək və İsrailin qorxularını aradan qaldırmaq üçün öz xalqlarına davamlı olaraq yalan deyirlər. ABŞ əli ilə nümayiş etdirilən vəhşət və işğalların hesabı barədə öz xalqlarına davamlı olaraq yalan deyirlər. İrana nəzarət etmək və İsrailin qorxularını aradan qaldırmaq üçün regionda qalmağa çalışacaqlar. Belə ki, region xalqları qərarlı olarsa çox gözləmədən ABŞ-ın məğlubiyyətini, qaçışını görə bilərik”.
Sabiq general İncirlikdə hələ də 50 atom bombasının qaldığını bildirib. Bu bombalar İncirlikdə liftli yeraltı bunkerlərdə qorunur.
Karataş ABŞ-ın F-15, F-16 təyyarələri ilə nüvə bombası təlimləri keçirdiyini bildirib. O, Konyanın hava məkanından istifadə edilərək təyyarədən atılan nüvə bombası təlimlərinin böyük risk daşıdığını bildirib.
Emtv.az