SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvan Ali Məclisinin deputatları Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin 34-cü sessiyasının işində iştirak edirlər

27-03-2018, 13:29 | Oxunub: 5 337 |

Naxçıvan Ali Məclisinin deputatları Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin 34-cü sessiyasının işində iştirak edirlər
Azərbaycan nümayəndə heyəti Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin 34-cü sessiyasının işində iştirak edir.

Emtv.az azərtac-a istinadən xəbər verir ki, martın 26-da Fransanın Strasburq şəhərində Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin 34-cü sessiyası öz işinə başlayıb.

Konqresin mart ayındakı sessiyasının işində iştirak edən Azərbaycan milli nümayəndə heyəti 25 mart tarixindən etibarən qurumdakı siyasi partiya qruplarının işində də iştirak edib.

“Yerli və regional səviyyədə hüquqlara əsaslanan idarəetmə” devizi altında keçən Avropa Şurası Konqresinin 34-cü sessiyasının gündəliyində qitənin bir sıra üzv-dövlətlərində (Gürcüstan, Makedoniya və s.) yerli və regional seçkilərin müşahidəsi, bəzi dövlətlərin öhdəliklərinin əməl edilməsinə dair monitorinq missiyalarının hesabatları, “Regional referendumlar demokratiyanın aləti kimi: gözləntilər və risklər ”, " Regional identiklik və milli dövlətlərin bütövlüyü " ," Yerli və regional səviyyədə insan hüquqlarının müdafiəsi " və bir sıra digər məsələlər müzakirə olunacaq. Sessiyanın işində eyni zamanda Danimarkanın həmsədrliyi ilə bağlı hökümət üzvünün iştirakı ilə müzakirələr, eyni zamanda AŞPA-nın sədri Mişel Nikoletinin çıxışı nəzərdə tutulur.

Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi qitənin yerli və regional oqranlarının nümayəndələrinin daimi orqanıdır və iki palatadan: Yerli Hakimiyyətlər və Regionlar Palatadan ibarətdir. Qurumdakı Azərbaycan nümayəndə heyəti 6 üzvlə təmsil olunur. Konqresdə Naxçıvan Muxtar Respublikasını Ali Məclisin iki deputatı , bələdiyyələrindən isə bir nümayəndə təmsil edir.

Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinə Naxçıvan Muxtar Respublikası Ali Məclisin deputatı Anar İbrahimov rəhbərlik edir.


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR