18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Səfirin uzanan əli havada qaldı
Böyük Britaniya Xarici İşlər naziri Boris Conson az öncə keçirilən rəsmi qəbulda Rusiyanın bu ölkədəki səfiri Aleksandr Yakovenkonun əlini sıxmaqdan imtina edib.
Emtv.az xəbər verir ki, bu barədə səfir özü danışıb.
Yakovenko insidentə çox soyuqqanlı reaksiya verdiyini və nazirlə istənilən məsələnin müzakirəsinə hazır olduğunu bildirib.
“Səfirin XİN-ə çağırılması zamanı müəyyən protokol qaydalar mövcuddur. Əlbəttə, Conson bütün görünüşü ilə Rusiya siyasətinə etirazını nümayiş etdirirdi. O, mənə arzulanmayan məqamları danışmalı idi, səfir əl görüşməməyi haqq etmir axı”, – Yakovenko bildirib.
Buna baxmayaraq, olayı çox sakit qarşıladığını deyən səfir onun üçün vacib məqamın hətta bu cür naqolay vəziyyətdə belə danışmaq və onu narahat edən sualları nazirə ünvanlamaq olduğunu xatırladıb:
“Consondan Rusiyaya qarşı kiberzərbə barədə parlamentin bəyanatı və təhdidinə necə yanaşmaq lazım gəldiyini soruşdum. O isə mənə heç bir cavab vermədi. Mənə dedilər ki, cənab səfir, siz, görünür, düzgün anlamamısınız”.
Qeyd edək ki, Böyük Britaniya ilə Rusiya arasında münasibətlər Rusiya Hərbi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Skripal və onun qızının zəhərlənməsi olayından sonra kəskin pisləşib.
Emtv.az