SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

“İlham Əliyev Azərbaycanın hərbi doktirinasını elan etdi, hədəf İrəvandır” – Erməni siyasətşünas Levon Şirinyan

14-03-2018, 13:30 | Oxunub: 7 169 |

“İlham Əliyev Azərbaycanın hərbi doktirinasını elan etdi, hədəf İrəvandır” – Erməni siyasətşünas  Levon Şirinyan

“Azərbaycanda keçirilən təlimlərin məqsədi Ermənistanı məhv etməkdir.” Bu sözləri Azərbaycanda genişmiqyaslı hərbi təlimləri şərh edən erməni siyasətşünas Levon Şirinyan Ermənistanın Birinci Xəbər Agentliyinə müsahibəsində deyib.

Emtv.az məlumatına görə, 1in.am saytına müsahibəsində Levon Şirinyan bildirib ki, Azərbaycan Ermənistana qarşı qətiyyətli mübarizə aparır. Vurur, dağıdır, yeni resurslarla mübarizəsini davam etdirir.

“Bunun da kulminasiya nöqtəsi real döyüş hazırlığı təlimləridir”, – deyə Şirinyan bildirib. Şirinyan əlavə edib ki, “Qarabağda, cəbhə xəttinə yaxın məsafədə belə bir miqyasda qoşun və hərbi texnikanın yerləşdirilməsi halında Ermənistan qoşunlarının döyüş hazırlığı vəziyyətinə gətirilməməsi çox pis nəticələrə səbəb ola bilər. Aydındır ki, hərbi rəhbərlikdə və digər dövlət qurumlarında təlimlərlə bağlı gərginlik var. Ancaq Azərbaycanın bu hərəkətləri hələ gərginləşmənin başlanğıc mərhələsidir. Azərbaycan bizi rahat buraxmayacaq.”

Müsahibəsində daha riskli məqama toxunacağını qeyd edən L. Şirinyan, Azərbaycanın prezidenti İlham Əliyevin partiyanın son qurultayında İrəvanla bağlı çıxışını şərh edərək bildirib ki, “Prezident bu çıxışında Azərbaycanın hərbi, siyası planlarını, hərbi doktrinasını elan edib. Əgər Ermənistan rəhbərliyi siyasi oyunları kənara qoyub bu məsələlərə ciddi yanaşmasa Azərbaycan bizim daxilimizə doğru hərəkət edəcək. Hədəf İrəvan olacaq.”

Həmçinin, Rusiya, Türkiyə və Azərbaycan münasibətlərinə toxunan L. Şirinyan, tarixin yenidən təkrar olunduğunu, dünyada gedən proseslərdə Rusiya Türkiyə maraqlarının yaxınlaşması ilə Ermənistanın 1920-ci illərdə olduğu kimi yenidən məhv ola biləcəyini vurğulayıb. Onun bildirdiyinə görə, “Rusiya himayəsinin Ermənistana güvən vermədiyi gercəyini başa düşən Ermənistan rəhbərliyinin Amerikaya sığınması, qondarma “DQR”-in rəhbəri Bako Saakyanın ABŞ-a səfər edərək orada özünə siyasi və maddi himayədar axtarması fonunda açıq görünür. Ermənistan rəhbərliyi başa düşməli idi ki, Ermənistan Türkiyə və Azərbaycan faktoruna görə Rusiyaya lazım idi. İndi və gələcəkdə strateji maraqların uzlaşması çərçivəsində Ermənistan uzun müddət Rusiyanın yadına düşməyəcək. Bu da Ermənistanın məhvi demekdir.”

Siyasətşünas L. Şirinyan Ermənistanda hazırki ictimai-siyasi vəziyyətə də toxunaraq bildirib ki, “Ermənistanda elə bir vəziyyət yaranıb ki, guya parlament və baş nazirlik sistemi qurulub. Əslində isə Serj Sarkisyan hakimiyyətini yenidən qurub, sahmana salır. Parlament hakimiyyəti qurulsa da parlamentin hakimiyyətindən yox, ancaq baş nazirin hakimiyyətindən danışırlar.”

Qeyd edək ki, Azərbaycan ordusunun mart ayının 12-dən başlayaraq 25.000 nəfərədək şəxsi heyət, 250-dək tank və digər zirehli texnika, 1000-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 50-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyanın iştirakı ilə genişmiqyaslı hərbi təlimlərə başlaması Ermənistanda ciddi narahatlıq yaradıb.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR