SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Mədət Quliyevdən Musiqili Teatra təbrik məktubu

13-03-2018, 09:31 | Oxunub: 7 874 |

Mədət Quliyevdən Musiqili Teatra təbrik məktubu

Azərbaycanda Peşəkar Milli Teatrın yaradılmasının 145 illiyi münasibətilə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, dosent Əliqismət Lalayevə təbrik məktubu ünvanlayıb.

Emtv.az xəbər verir ki, xoş və səmimi sözlərin yazıldığı məktubda Mədət Quliyev Teatrın rəhbərliyi başda olmaqla, bütün yaradıcı heyəti bu əlamətdar gün münasibəti ilə təbrik edir, uzun və şərəfli tarixi inkişaf yolu keçmiş bir sənət ocağının uğurlarına sevindiyini bildirir.

Son illərdə Teatrın həyatında yeni yaradıcılıq mərhələsinin başladığını, ilk növbədə onun maddi-texniki bazasının müasir dünya standartlarına uyğun qurulmasını, böyük yaradıcılıq axtarışlarının bəhrəsi olan yeni, maraqlı tamaşaların hazırlanmasını, nüfuzlu Qərb, o cümlədən Avropa teatrları ilə təcrübə mübadiləsinin genişləndirilməsi üçün xeyli iş görüldüyünü vurğulayıb.

Milli Qəhrəman təbrik məktubunda daha sonra qeyd edir:

“Hörmətli Əliqismət müəllim!

Sizi bir daha Azərbaycanda Milli Teatrın yaradılmasının 145 illiyi, həmçinin xoş əhvali-ruhiyyə, xeyirxahlıq və ruzi-bərəkət gətirən Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, kollektivin hər bir üzvünə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, bol sevinc və yeni yaradıcılıq uğurları diləyirəm!”

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev təbrik məktubunda əminliklə vurğulayıb ki, Əliqismət Lalayevin rəhbərlik etdiyi Musiqili Teatr təqdim etdiyi tamaşalarla bundan sonra da, hələ neçə onilliklər boyu xalqımızın bədii zövqünün formalaşmasına xidmət edəcək.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR