SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

"Polis deyir ki, rəis oynayır, nə edə bilərəm?" - Xaqani Məmmədov

9-03-2018, 14:13 | Oxunub: 7 984 |

"Polis deyir ki, rəis oynayır, nə edə bilərəm?" - Xaqani Məmmədov

AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov müsahibə verib.

Emtv.az apasport.az-a istinadən həmin müsahibəni təqdim edir:

- Qış fasiləsindən sonrakı dövrü hakimlərimiz üçün necə dəyərləndirərdiniz? Premyer Liqanın geridə qalan 4 turundakı idarəçilik ürəyinizcədi?

- Yadınızdadısa, keçən il qış toplanışından sonra 2-3 turda kobud səhvlər qeydə alınmışdı. Bunu hakimlərin yüklənməsinin ağır olması ilə əlaqələndirdik. Düşündük ki, fiziki yüklənmə çox olmuşdu. Təbii ki, budəfəki toplanış zamanı bunu nəzərə aldıq. Əslində, fiziki yüklənmə proqramında bir dəyişiklik yox idi. Sadəcə, bu dəfə çempionatda ikinci yarının başlamasına bir həftə qalmış vətənə qayıtdıq ki, bu müddətdə uşaqlar bərpa olunsunlar, özlərinə gəlsinlər. Bunun nəticəsidi ki, qış fasiləsindən sonrakı mərhələdə hakimlərimiz kobud səhvlərə yol vermirlər. Əlbəttə ki, səhv var, olacaq da. Ancaq oyunların nəticəsinə təsir edən səviyyədə deyil.

- Klublar da son vaxtlar hakimlərdən ciddi narazılıq etmirlər...

- Gördüyünüz kimi, hələlik bir şikayət yoxdu. Deməli, hakimlərimizin idarəçiliyindən razıdılar.

- Ayrı-ayrılıqda götürsək, kimin idarəçiliyi sizi daha çox məmnun edir?

- Əslində, hamısından razıyıq. Amma bir neçə hakim ötən mövsümdən yaxşı mənada bizi təəccübləndirir. Rauf Cabbarov, İnqilab Məmmədov və Ömər Paşayevdə inkişaf sürətlə gedir. Əliyar Ağayev və Rəhim Həsənov da yaxşı formadadılar.

- İnqilab Məmmədov bu mövsüm bəzi mərkəzi oyunlara təyinat alır. Deyəsən, ona daha çox güvənirsiniz...

- Dediyiniz məqam hakimlərimizin inkişaf etdiyinin təsdiqidi. Bütün ölkələrdə derbilərə 3-4 hakim təyinat alır, yalnız onlara etibar edirlər. Amma biz çalışdıq elə sistem yaradaq ki, mərkəzi oyunları təkcə Əliyar, Rəhim, Ömər və Fariz idarə etməsinlər. Rəqabət yaratmağa çalışdıq ki, istənilən oyunu istənilən hakimə tapşıra bilək. Bu üzdən mərkəzi oyunları İnqilaba, Raufa həvalə edirik. Onlar da bunun öhdəsindən yüksək səviyyədə gəlirlər.

- Premyer Liqada yaxın müddətdə yeni hakimlər görə biləcəyikmi?

- Qarşıdakı turlarda iki gənc hakim Premyer Liqada debüt edəcək. Bunlar Rəşad Əhmədov və Vüqar Həsənlidi. Yəqin ki, bir neçə turdan sonra onlara şans verəcəyik. Rəşad və Vüqar təlim-məşq toplanışını yüksək səviyyədə keçirdilər. Onlardan başqa daha 2-3 nəfəri gələn mövsümə hazırlayacağıq.

- Əliyar Ağayev ilin əvvəlində elit hakimlər üçün nəzərdə tutulan seminarda iştirak etmişdi. Onun I kateqoriyaya keçidinə ümid etmək olarmı?

- Seminar Əliyar üçün yüksək səviyyədə keçdi, heç bir problem olmadı. Ondan razılıq bildirdilər. İyul ayını gözləyirik.

- Regional Liqada hakimlərin ünvanına təhqirlər, referilərə qarşı fiziki təsir turdan-tura artır. Bunun qarşısını almaq elə çətindi?

- Bu, çox böyük turnirdi, Azərbaycanın bütün bölgələrini əhatə edir. Elə bölgələr var ki, uzun müddət orda futbol olmayıb, tamaşaçıların davranış qaydası çox pisdi. AFFA İcraiyyə Komitəsinin üzvləri, rəhbər şəxslər gedib həmin oyunlara baxırlar. Onlar da qeyd edirlər ki, hakimliklə bağlı heç bir problem yoxdu. Sadəcə olaraq, yerlərdə Sovet vaxtındakı kimi hakimə təzyiq, meydan sahibi qalib gəlməlidi düşüncəsi hələ də davam edir. Bunu aradan qaldırmaq üçün bir çox matçlara Premyer Liqa hakimlərini göndəririk. Hətta onların da hər qərarına kəskin, əcaib reaksiya göstərirlər. Bu oyunlara inspektorların təyin olunması üçün məsələ qaldıracağıq. Hakim orda bir növ köməksiz qalır. Polis də bəzən işinin öhdəsindən yaxşı gəlmir. Elə komanda var ki, polis rəisi orda oynayır. Kənarda dayanan polis də deyir ki, rəis meydanda oynayır, nə edə bilərəm? Belə hallar çoxdur.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR